Filip Con Noel-Beyker, Baron Noel-Beyker () — İngilis siyasətçisi, diplomat, akademik, həvəskar atlet, kütləvi silahlanmanın tanınmış etirazçısı, pasifist.
İngilis komanda bayrağını daşıyaraq 1920-ci ildə Antverpendə keçirilən Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə tullanma üzrə gümüş medal, 1959-cu ildə isə Nobel Sülh mükafatını qazanıb.
Noel-Beyker Olimpiya medalı və Nobel sülh mükafatı qazanan yeganə şəxsdir."Olympic Games trivia for pedants" , Canberra Times, 2 August 2012. 1929–1931 və 1936–1970-ci illər arasında Leyboristlər Partiyasından parlamentin üzvü olmuş, bir neçə nazirlikdə və kabinetdə xidmət etmişdir. 1977-ci ildə Lordlar palatasının üzvü olub.
Erkən həyatı və idman karyerası Beyker,London, Brondesbero Parkda anadan olub, Kanada əsilli kvaker (İngiltərədə və ABŞ-də kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvü), Josef Allen Beyker və Şotlandiya əsilli Elizabet Balmer Moskripin yeddi övladından altıncısı idi. Atası öz biznesini qurmaq üçün 1876-cı ildə İngiltərəyə köçmüş və 1895–1906-cı illərdə London şəhər şurasının tərəqqi üzvü və 1905–1918-ci illərdə Şərqi Finsböridən Böyük Britaniya İcmalar palatasında liberal üzv kimi xidmət etmişdir.
Beyker Ekwors məktəbində, Busım məktəbində, daha sonra ABŞ-də Pensilvaniyada kvakerlik ilə əlaqəli Haverford Kollecində təhsil almışdır. 1908–1912-ci illərdə Kembric Kral Kollecində təhsil almışdı. Mükəmməl tələbə olmaqla yanaşı, tarix və iqtisadiyyat sahəsindəki uğurlar əldə edərək,1912-ci ildə Kembric Tələbələr İttifaqının prezidenti və 1910–1912-ci illərdə Kembric Universiteti Atletika klubunun prezidenti oldu.
Həm Birinci Dünya müharibəsindən əvvəl həm də, sonra Olimpiya oyunlarında orta məsafəyə qaçış üzrə iştirakçı oldu,1912-ci ildə Stokholmda keçirilən Olimpiya oyunlarında 800 metr və 1500 metr məsafələrdən qaçışda Böyük Britaniyanı təmsil etmişdir. Həmyerlisi Arnold Ceksonun qazandığı 1500 metr məsafədən qaçışda finala yüksəldi. 1920-ci ildə Antverpendə keçirilən Yay Olimpiya oyunlarında Baker İngilis komandasının kapitanı idi və komandanın bayrağını daşıyırdı. İlk qalibiyyətini 800 metr məsafədən yarışda qazandı, sonra 1500 metr məsafədən qaçışda, komanda yoldaşı Albert Hillin ardınca gələrək,gümüş medal qazandı.Philip Baker. sports-reference.com 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya oyunlarında yenidən kapitan oldu, amma yarışmadı.
Beykerin erkən karyerası elm sahəsində oldu. 1914-cü ildə Oksforddakı Raskin Kollecinin müdir müavini vəzifəsinə təyin edildi və 1915-ci ildə Kembric Kral Kollecinə üzv seçildi. Birinci Dünya müharibəsi dövründə Fransadakı döyüş cəbhəsində DostlarınTəcili Yardım birliyini təşkil etdi və bu birliyə rəhbərlik etdi (1914–1915), sonra 1916-cı ildən etibarən vicdanlı etirazçı olaraq, İngiltərə Qırmızı Xaç (1915–1918) ilə birlikdə,İtaliyaya Birinci İngilis Təcili Yardım Birliyinin köməkçisi olmuş və bunun üçün İngiltərə, Fransa və İtaliyadan hərbi medal almışdır.
Siyasi karyerası Birinci Dünya müharibəsindən sonra Noel-Beyker Millətlər Ittifaqının yaranmasında yaxından iştirak etmiş, Lord Robert Cecilin köməkçisi, daha sonra ittifaqın ilk Baş katibi Ser Erik Ceyms Drammondun köməkçisi olmuşdur. 1924–1929-cu illərdə London Universitetinin ilk Ser Ernest Kassel beynəlxalq münasibətlər professoru və 1933–1934-cü illərdə Yel Universitetində mühazirə demişdir. Leyboristlər partiyasındakı siyasi karyerasına 1924-cü ildə başladı. 1929-cu ildə Birləşmiş Krallığın seçki dairəsinə üzv seçildi, xarici işlər naziri Artur Henderson üçün parlamentin xüsusi katibi vəzifəsini icra etdi.
Noel-Beyker 1931-ci ildə yerini itirdi, lakin Henderson 1932–1933-cü illərdə Cenevrədə Dünya Silahsızlaşdırma konfransının prezidenti olarkən, onun köməkçisi olaraq qaldı. 1935-ci ildə yenidən Birləşmiş Krallığın seçki dairəsinə üzv seçildi, ancaq bu uğursuz oldu, lakin 1936-cı ilin iyulunda Derbi parlamentində oturan Derbi Məclis üzvü Ceyms Henri Tomas istefa etdikdən sonra qazandı. 1950-ci ildə bu seçki dairəsi bölündükdə, Derbi Cənuba köçdü.
Noel-Beyker 1937-ci ildə Leyboristlər Partiyası Milli İcraiyyə Komitəsinin üzvü oldu. 21 iyun 1938-ci ildə Noel-Beyker, Derbi Məclisində, İkinci Dünya müharibəsi ərəfəsində Alman şəhərlərinin hava bombardmanına qarşı çıxış etdi. "Havadan vəhşiliklərin qarşısını almağın yeganə yolu hava müharibələrini və milli hava qüvvələrini tamamilə ləğv etməkdir."-deyə vurğulayıb.P. J. Noel-Baker comments on air warfare , ww2db.com; accessed 7 December 2014.
İkinci Dünya müharibəsi dövründə koalisiya hökumətində 1942-ci ilin fevralından Hərbi Nəqliyyat Nazirliyində parlament katibi vəzifəsində çalışmışdı, 1945-ci il ümumi seçkilərindən sonra Leyboristlər hakimiyyətə gəldikdən sonra Xarici İşlər Naziri vəzifəsini icra etdi, lakin Xarici İşlər Naziri Ernest Bevin ilə münasibətləri bir o qədər də yaxşı deyildi. Noel-Beyker,1946-cı ilin oktyabrında Dövlət Hava Xidmətinin katibi olmaq üçün hərəkətə keçdi və 1947-ci ildə İcmalar palatasından Dövlət Katibi oldu və kabinetə qatıldı.
Noel-Beyker,1948-ci il Londonda Olimpiya Oyunlarının təşkilindən məsul nazir idi. 1950-ci ildə Energetika naziri oldu. 1940-cı illərin ortalarında Noel-Beyker,Birləşmiş Millətlər Təşkilatına çevrilən İngilis nümayəndə heyətində xidmət etdi və İngilis nümayəndəsi olaraq nizamnaməsini və digər fəaliyyət qaydalarını hazırlamağa kömək etdi. 1946–47-ci illərdə Leyboristlər partiyasının sədri vəzifəsini icra etdi, lakin 1948-ci ildə Milli İcraiyyə Komitəsindəki yerini itirdi və yerini Maykl Fut tutdu. 1950-ci illərdə sol Bevanit siyasətinin rəqibi və tək tərəfli tərksilah siyasəti əvəzinə çoxtərəfli nüvə tərksilahsızlamanın tərəfdarı kimi 1959-cu ildə Nobel sülh mükafatını aldı. 1979-cu ildə Fenner Brokvey ilə birlikdə Dünya Silahsızlaşdırma kampaniyasını quran Beyker ölənə qədər həmsədr vəzifəsini icra etdi və 1980-ci illərdə silahsızlanmanın fəal tərəfdarı oldu.
Noel-Beyker 1970-ci ildə keçirilən ümumi seçkilərdə Cənubi Derbinin millət vəkili olaraq uduzdu, onun yerinə Valter Conson gəldi. Onun ömürlük Per titulu 1977-ci ildə elan edildi və 22 iyul 1977-ci ildə Derbi şəhərindən Baron Noel-Beyker tituluna layiq görüldü, 1965-ci ildə layiq görüldüyü "Fəxri kavaler ordenindən" imtina etdi. 1960–1976-cı illərdə Beynəlxalq İdman Elmi və Bədən Tərbiyəsi Şurasının prezidenti olub.
Şəxsi həyatı 1915-ci ilin iyununda Şərqi Qrinstiddəki sahə xəstəxanasının tibb bacısı işləyən İrin Noel, Filip Beyker ilə evləndikdən sonra 1921-ci ildə sənəd sorğusu ilə Noel-Beyker adını götürdü. Onun həyat yoldaşı Virciniya Vulfun rəfiqəsi idi. Leyboristlər partiyasından millət vəkili olan yeganə övladları Frensis Noel-Beyker də atası ilə birlikdə palatalarda xidmət göstərib. Ancaq onların evliliyi uğurlu olmadı. Noel-Beyker 1936-cı ildə Liberallar partiyasının keçmiş lideri Deyvid Lloyd Corcun qızı, özü Liberal olan və daha sonra Leyboristlərdən millət vəkili olan Meqan Lloyd Corc ilə sevgili olsa da, münasibətləri 1966-cı ildə İren öldükdən sonra başa çatdı.
Noel Beyker 92 yaşında Vestminsterdə ölümündən sonra, Qərbi Susseksdəki Heyşottda həyat yoldaşı ilə birlikdə dəfn edilib.David Howell, "Baker, Philip John Noel-, Baron Noel-Baker (1889–1982)", Oxford Dictionary of National Biography, Oxford University Press, 2004; online edn, may 2012 ; accessed 7 December 2014.
Əsərləri (Reprint 1970, New York: Kennicat Press)
(Reprint 1972, New York: Dover Publications)
Digər müəəlliflərin Filip Beyker haqqında olan əsərləri
Həmçinin bax Frityof Nansen
İstinadlar
Ədəbiyyat İlkin və sonrakı mənbələr
Lloyd, Lorna: Philip Noel-Baker and the Peace Through Law in
Kateqoriya:1924 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1920 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:1920 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:İngiltərəli Nobel mükafatı laureatları Kateqoriya:Kembric Kral Kollecinin məzunları Kateqoriya:Pasifistlər Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri Kateqoriya:Kvakerlər Kateqoriya:Britaniya siyasətçiləri