Araqonlu Eleonora (; ) — Araqon kralı IV Pyotrun qızı və Kastiliya kraliçası.

Həyatı Eleonora atasının üçüncü evliliyindən dünyaya gəlmişdi və kralın ən kiçik övladı idi. Qardaşlarından ikisi - I Xuan və Martin Araqon kralı olsa da, heç birinin oğul varisi dünyaya gəlmədi.

Eleonora 18 iyun 1375-ci ildə Kastiliya kralı I Conla Soriyada evləndirildi. Bu evliliklə Araqon və Kastiliya arasında 1374-1375-ci illərdə bağlanan atəşkəs gücləndirildi. Cütlüyün bu evlilikdən 3 övladı dünyaya gəldi:

Henri (1379-1406) Ferdinand (1380-1416) Eleonora (13 avqust 1382)

Yeddi il davam edən evliliyin ardından Eleonora 13 avqust 1382-ci ildə doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağına onun adı verilsə də, eyni gün uşaq vəfat etdi.

Mənbə

Ədəbiyyat Previté-Orton, Charles William (1960). The Shorter Cambridge Medieval History. Vol. 2. Cambridge University Press. Lundy, Darryl (10 May 2003), Eleanor de Aragón, thepeerage.com, pp. 11340 §113398 cites: Louda, Jirí; MacLagan, Michael (1999), Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.), London: Little, Brown and Company

İstinadlar