Niftalılar — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Cəbrayıl Ensiklopediyasına əsasən, Niftalılar oykonimi Niftalı şəxs adı ilə bağlıdır, toponimin tərkibindəki -lar şəkilçisi isə cəmlik ifadə edir.
Coğrafiyası Niftalılar kəndi rayon mərkəzindən — Cəbrayıl şəhərindən 31 kilometr məsafədə, Qarabağ silsiləsinin ətəyində, təqribən 748 m hündürlükdə yerləşir.
Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Niftalılar kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Niftalılar kəndi də 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsi zamanı, 9 noyabr 2020-ci ildə kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.
İqtisadiyyatı Keçmişdə kəndin əhalisinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edirdi. Kənddə məktəb, klub, kitabxana və sair vardı. İşğal nəticəsində kənd dağıntılığa məruz qalmışdı.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri