Kuşyovski rayonu () — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kuşyovski kəndidir. Coğrafiyası Kuşyovski rayonu Azov-Kuban düzənliyinin şimal hissəsində yerləşir. Şimal və şərqdə Rostov vilayəti, qərbdə Starominski, cənubdan Krasnodar diyarının Leninqrad və Krılovski rayonları ilə həmsərhəddir.

Rayondan aşağıdakı çaylar axır: Eya, Kuqo-Eya, Mokraya Çuburka, Rossoş, Sosıka, Elbuzd, Kavalerka.

Rayonun ərazisi 237,2 min hektardır, bunun 215,4 min hektarı əkin sahələridir.

Tarix Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Donski rayonunun tərkibində yaradıldı. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Yeysk şöbəsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayonun tərkibinə 17 kənd məclisi daxil idi: Alekseevski, Bolşekozinski, Qlebovski, Qudkovo-Limanovski, İvano-Slyusarevski, İlyinski, İrinovski, Kislyakovski, Krasnoselski, Kuqoeyiski, Kuşçevski, Mixailovski, Novoserqeyevski, Poltavçenski, Şkurinski 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının bir hissəsi idi. 13 sentyabr 1937-ci ildən Kuşyovski rayonu Krasnodar diyarının bir hissəsi olur. 22 avqust 1953-cü ildə ləğv edilmiş Şteynqartovski rayonu ərazisinin bir hissəsi rayona birləşdirilir. 1 fevral 1963-cü ildə Kuşyovski kənd rayonu qurulur. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 12 bələdiyyə qurulur.

Əhali 1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 70 355 nəfər təşkil etmişdir. Bunun hamısı kənd əhalisidir. Bütün əhali arasında kişilər 46,5 %, qadınlar 53,5 % təşkil edir. Ümumi əhalinin 41372 (58,8 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,7 %-i pensiyaçılardır. İnzibati-ətazi vahidləri Kuşyovski rayonunda 12 kənd inzivati vahidliyinə 74 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat Kuşyovski rayonu ərazisində 1105 kiçik müəssisə və hüquqi şəxs olmadan 2119 sahibkar daxil olmaqla, hər cür mülkiyyət formasında olan 1659 müəssisə və təşkilat fəaliyyət göstərir.

İqtisadiyyatda işləyənlərin sayı 2008-ci ildə 31,4 min nəfər olmuş və yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin inkişafı hesabına 2004-cü ilə nisbətən 3,0 min nəfər artmışdır. Əhalinin əsas hissəsi kənd təsərrüfatında, ərzaq bazarında, emal sənayesində, inşaatda və kiçik biznesdə işləyir. İstinadlar

Mənbə Еженедельник Кущевская НАШЕ ВРЕМЯ Кущевский район на портале исполнительных органов власти края Муниципальное образование Кущёвский район Официальный сайт Кущевского района Информационный портал Кущевского района Инвестиционный портал Кущёвского района Неофициальный портал станицы Кущёвской Poçt indeksi: Почтовые индексы: Кущёвский Район Почтовые индексы | Краснодарский край | Кущёвский район

Kateqoriya:Krasnodar diyarının rayonları Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər