Müqəddəs Stepanos kilsəsi — Kəlbəcər rayonu Bazarkənd kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. XII–XIII əsrlərə aid olan abidə birnefli bazilikasına malikdir. Müqəddəs Stepanos kilsəsi Qafqaz Albaniyasının Vaçar adlı yaşayış məntəqəsində saxlanılmış çoxsaylı abidələrdən biridir.
Memarlıq xüsusiyyətləri Vaçar ərazisində yerləşən birnefli bazilika olan Müqəddəs Stepanos kilsəsinin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmişdir. Relyefin qeyri-hamar olması səbəbiylə giriş qapısı cənub tərəfdə yerləşdirilmişdir.
Kilsənin altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmiş, iki tərəfində isə kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binəsi yaxşı yonulmuş daşlarla üzlənmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Alban kilsələri Kateqoriya:Ağdərə rayonunun abidələri Kateqoriya:XIII əsrə aid kilsələr Kateqoriya:Ağdərə rayonunun görməli yerləri