Argentina—Ermənistan münasibətləri — Argentina və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Argentinadakı erməni diasporu Latın Amerikasındakı ən böyüyük diasporudır. Burada təxminən 120.000 nəfər erməni yaşayır. Tarix 1892-ci ildə Erməni köçkünlərinin ilk dalğası Argentinaya, əsasən Misir və Suriyadan gəlir. Birinci Dünya müharibəsi dövründə Argentinaya bir neçə min erməni mühacirət edir. 1918-ci ilin mayında Ermənistan Respublikası adı altında qurulan dövlət Rusiya İmperiyasından müstəqilliyini elan edir. 1920-ci ildə Argentina Ermənistanın müstəqilliyini tanıyır və ölkələr arasında diplomatik münasibətlər qurulur. 1920-ci ilin dekabrında Qırmızı ordu Ermənistan ərazisinə daxil olur və ölkə Sovet İttifaqına daxil edilir. 1962-ci ildə Buenos-Ayres vilayətinin erməni icmasının futbol klubu qurulur.

26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa edir. 17 yanvar 1992-ci ildə Argentina ilə Ermənistan arasında diplomatik əlaqələr qurulur. 1992-ci ilin iyununda Ermənistan Prezidenti Levon Ter-Petrosyan Argentinaya rəsmi səfər edir. 1993-cü ildə Ermənistan Buenos-Ayresdə səfirlik açır. 1998-ci ildə Argentina Prezidenti Karlos Menem Ermənistana rəsmi səfər edir. 2009-cu ildə Argentina Ermənistanda səfirliyini açır. İkitərəfli müqavilələr 1992-ci ildə diplomatik münasibətlər bərpa edildikdən sonra, Argentina və Ermənistan arasında ikitərəfli müqavilələr imzalanmışdır: İki ölkə arasında Əməkdaşlıq Sazişi (1992); İnvestisiyaların Təşviqi və Qarşılıqlı Qoruma Müqaviləsi (1993); Ticarət və İqtisadi Əməkdaşlıq Sazişi (1994); Elmi və Texniki Əməkdaşlıq Sazişi (1994); Nüvə enerjisinin sülh yolu ilə istifadəsi sahəsində əməkdaşlıq haqqında Saziş (1998); Mədəniyyət və Təhsil sahəsində Əməkdaşlıq Sazişi (1998); Turizm sahəsində əməkdaşlıq haqqında Saziş (2002); Adi Pasport Sahibləri üçün Viza Tələblərinin ləğvi haqqında Saziş (2011); Əmək məzuniyyəti proqramı (2014) və İqtisadi əməkdaşlıq müqaviləsi (2014).

Ticarət 2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 9,2 milyon ABŞ dolları təşkil etmişdir. Argentinanın Ermənistana ixracatı: ət, şəkər və tütün, Ermənistanın Argentinaya ixracatı isə: trikotaj və geyimdir. Argentina Ermənistan iqtisadiyyatına yatırım qoyan ən böyük beşinci xarici investordur.

Diplomatik nümayəndəliklər Argentinanın İrəvanda səfirliyi vardır.

Ermənistan Buenos Ayresdə səfirliyini mövcuddur.

İstinadlar

Kateqoriya:Ermənistanın ikitərəfli əlaqələri Kateqoriya:Argentinanın ikitərəfli əlaqələri Kateqoriya:Argentina–Ermənistan münasibətləri