Kərkük mühafəzəsi (ərəbcə: محافظة كركوك) – İraqda inzibati-ərazi vahidi.

Coğrafiyası Kərkük mühafəzəsi Ərbil, Səlahəddin və Süleymaniyyə mühafəzələri ilə həmsərhəddir. 1947-ci ildə 20,355 km² ərazisi olan Kərkük mühafəzəsi inzibati cəhətdən Çəmçəməl, Daquq, Kərkük və Kifri qəzalarına bölünürdü. 1962-ci ildə elin ərazi bölgüsünə dəyişiklik edildi və artıq o, Çəmçəməl, Həvicə, Kərkük, Kifri və Tuzxurmatu qəzalarından ibarət oldu. 1962-ci ildə yeni qəzaların yaradılmasına baxmayaraq mühafəzənin ümumi ərazisi dəyişikliyə məruz qalmamışdı. 1970-ci ildən başlayaraq Kərkük mühafəzəsindən bəzi qəzalar qoparılaraq qonşu mühafəzələrə birləşdirildi. 1975-ci ildə Kərkük elinin Çəmçəməl və Kalar qəzaları qoparılaraq Süleymaniyyə mühafəzəsinə, Kifri qəzası Diyala mühafəzəsinə, Tuzxurmatu qəzası isə Səlahəddin mühafəzəsinə birləşdirildi. 1976-cı ildə Kərkük mühafəzəsinin adı dəyişdirilərək Ət-Təmim adlandırıldı. 1997-ci ildə artıq Kərkük mühafəzəsinin ərazisi xeyli azalaraq 9,679 km²-ə qədər endi, hazırda mühafəzənin sahəsi 10,282 km² təşkil edir və inzibati mərkəzi Kərkük şəhəridir.

Əhalisi İllər ƏhaliAdministrative Divisions of Countries ("Statoids") 1935 , 1947 , 1957 , 1965 , 1977 , 1987 , 1997 census of İraq 1935 sa. 223,634 1947 sa. 286,005 1957 sa. 388,839 1965 sa. 474,000 1977 sa. 495,425 1987 sa. 601,219 1997 sa. 753,171Statoids (Worldwide reference for states, provinces, governorates, counties, districts, and other subdivisions of countries.) :Provinces of Iraq 2003 r.t. 839,121World Gazetteer :Irak: divisions administratives (population et superficie) Iraq's 2003 Official Census by Ministries of Trade and Planning for the Food Coupon Distribution for the UN Oil-for-Food Program 2007 r.t. 902,019Inter-Agency Information and Analysis Unit (İAU): Iraq Information Portal :Kirkuk Governorate Profile

Etnik tərkib 1957-ci ildə aparılmış rəsmi siyahıya almanın 1959-cu ildə açıqlanmış yekun nəticələrinə əsasən Kərkük mühafəzəsində əhalinin təxminən 180 min nəfərini, Kərkük şəhərində isə əhalinin 45%-ini İraq türkmanları təşkil edirdi."Statistical Compilation Relating to the Population Census of 1957 (in Arabic), I, Part IV, 170," Iraq, Ministry of the Interior, in Hanna Batatu, The Old Social Classes and the Revolutionary Movements of Iraq (Princeton: Princeton University Press, 1989), p. 913Unrepresented Nations and Peoples Organization (UNPO) :The Turkmen of Iraq: Underestimated, Marginalized and exposed to assimilation Terminology Unrepresented Nations and Peoples Organization (UNPO) :Iraqi Turkmen: Update on the Situation of Iraqi Turkmen

+Kərkük mühafəzəsinin və Kərkük şəhərinin etnik tərkibi (1957)1957-ci ildə aparılmış siyahıya almanın ilkin nəticələri Etnikqrup Kərkük mühafəzəsi (1957) Kərkük şəhəri (1957) Əhali % Əhali % kürd 187 59348.23% 40 04733.26% ərəb 109 62028.18% 27 12722.53% türkman 83 37121.44% 45 30637.63% aysor 1 6050.41% 1 5091.25% yəhudi 1230.03% 1010.08% digər 6 6271.70% 6 3125.24% cəmi 388 939100% 120 402100%

İnzibati-ərazi bölgüsü Qəzaları Əhali, 2003 r.t. Kərkük qəzası 622,249 Havicə qəzası 151,267 Daquq qəzası 40,237 Dibs qəzası 34,254 Cəmi 848,007GeoHive (Global Statistics is a collection of tables and graphs providing a statistical look at countries, their population, area, capital, main cities, etc.) :Administrative units the Republic of Iraq — Kirkuk

Nahiyələr Yaşayış məntəqəsi Əhali (2008) Kərkük qəzası 961 411 Kərkük nahiyəsi 702 809 Qaraəncir nahiyəsi 130 846 Leylan nahiyəsi Multaqa nahiyəsi 44 988 Şivan nahiyəsi 34 895 Təzəxurmatu nahiyəsi 27 359 Yayçı nahiyəsi 20 514 Daquq qəzası Daquq nahiyəsi Dibs qəzası 95 166 Altınkörpü nahiyəsi 53 472 Dibs nahiyəsi 29 696 Sərgəran nahiyəsi 11 998 Həvicə qəzası Abbasi nahiyəsi Həvicə nahiyəsi Rəşad nahiyəsi Riyad nahiyəsi Zab nahiyəsi Kərkük mühafəzası

Şəhərləri Kərkük

Qəsəbələri Altunkörpü Daquq Qarahəsən Təzəxurmatu

İstinadlar

Mənbə

Kateqoriya:Kərkük mühafəzası Kateqoriya:İraq mühafəzaları