Havaptux monastırı — Ağdərə rayonunun Vəngli kəndində, Gəncəsər monastırından 5 km cənubda yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

Tarixi Kilsənin inşa olunma tarixi və sifarişçisi haqqında məlumat onun giriş qapısı üzərindəki timpanda yerləşdirilmiş doqquz sətirlik kitabədə qeyd edilmişdir:

Digər bir kitabədə isə 1223-cü ildə kilsənin Həsən Cəlal tərəfindən bərpa etdirilməsindən bəhs edilir.

Memarlıq xüsusiyyətləri Kompleks kilsə, narteks və kiçik sövməədən ibarətdir. Onların ətrafında dövrümüzə tam vəziyyətdə çatmamış digər tikililərin də qalıqları vardır. Kilsənin şərqində təpənin yamacında orta əsrlərə aid geniş məzarlıq vardır.

Monastırın əsas kilsəsi planda düzbucaqlı formaya va tağtavana malik zal kilsələrdəndir. Kilsənin divarları kobud əhəngdaşı bloklarından hörülmüşdür.

Qərb tərəfdən kilsə binasına planda kvadrat formasına malik, kiçik ölçülü, apsidasız bina birləşir. Həm kilsənin, həm də həmin binanın qapıları cənub tərəfdə olmaqla, onlar üçün ümumi olan narteksə açılır. Narteks binasının inşasında kobud çaydaşılarından istifadə edilmiş, damı isə taxta şalbanlarla örtülmüşdür.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ağdərə rayonunun abidələri Kateqoriya:Alban monastırları Kateqoriya:XII əsrə aid monastırlar Kateqoriya:Ağdərə rayonunun görməli yerləri Kateqoriya:Ağdərə rayonundakı dini tikililər