Boris Pavloviç Baykov () — Azərbaycan-sovet teatr və kino aktyoru, pedaqoq, Azərbaycan SSR xalq artisti (1940).

Həyatı Boris Baykov 24 iyul 1896-cı ildə Terek vilayətinin Minutka kəndində (hazırda Kislovodsk şəhəri) anadan olmuşdur. O, Həştərxan və Dağıstan Rus Dram teatrında çıxış etmiş, 1930–1952-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.

Boris Baykov Azərbaycan kinosunda da müxtəlif xarakterli obrazlar yaratmış, bir neçə filmə çəkilmişdir. Bundan əlavə o, Bakı Teatr Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.

Boris Baykov 6 oktyabr 1958-ci ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı "Şərəf nişanı" ordeni — 27 aprel 1940

İfa etdiyi əsas rollar Teatr səhnəsindəki rolları

"Temp", Nikolay Poqodin — Laqutin "Dostum", Nikolay Poqodin — Koşkin "Müdaxilə", Lev Slavin — Bondarenko "Lyubov Yarovaya", Konstantin Trenyov — Koşkin "Platon Kreçet", Aleksandr Korneyçuk — Berest "Don Karlos", Fridrix Şiller — hersoq Alba "Günahsız müqəssirlər", Aleksandr Ostrovski — Dudukin "Canlı meyit", Lev Tolstoy — Fyodor Protasov "Döyüşçülər", Boris Romaşov — Herşov "Müfəttiş", Nikolay Qoqol — bələdiyyə rəisi "Od gəlini", Cəfər Cabbarlı — Qorxmaz "Xoşbəxtlər", Sabit Rəhman — Bərbərzadə "Xanlar", Səməd Vurğun — ''Koba

Filmoqrafiya Bakılılar (film, 1938) — Zaxarıç Kəndlilər (film, 1939) — dəmiryolçu Petro Sualtı qayıq "T-9" (film, 1943) — Sergeyev

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları