Lorenzo Kosta (; ), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi.
Həyatı Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Ailəsi Nəvəsi Lorenzo da (Kiçik Lorenzo Kosta; 1537, Mantuya — 1583, Mantuya) İtalyan rəssamı olmuşdu.
Yaradıcılığı Kosta, Ferrara məktəbinə aid edilir. Əsərləri onun zəngin xəyal gücünün və ya kompozisiya vergisinin olmadığını göstərir, lakin isti və ahəngdar rənglərdən istifadə edildiyi üçün əsərləri cazibədar görünür. Bu əsərlərdən ən yaxşıları Luvrda, Bolonya Pinakotekasında, Bolonyadakı Müqəddəs Petroniy kilsəsində və Berlin muzeyində ("Rəbbə təqdimat" və "Tabuta qoyulma") saxlanılır.
İstinadlar
Ədəbiyya Сомов А. И. Коста, Лоренцо // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. Varese R. Lorenzo Costa. Milano: Silvana, 1967.
Xarici keçidlər
Работы в музеях мира Работы on line.
Kateqoriya:XVI əsr İtaliya rəssamları Kateqoriya:XV əsr İtaliya rəssamları Kateqoriya:İtalyan intibah rəssamları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri