Kamala Harris (; ) — Amerikalı Demokrat partiyasından siyasətçi, Kaliforniya ştatının senatoru və Amerika Birləşmiş Ştatlarının ilk qadın və ilk asiya-amerikalı 49-cu vitse-prezidenti (2021–2025).

Həyatı Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-nin Oklend (Kaliforniya) şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur.

Siyasi karyerası Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur.

2024-cü ildə Co Bayden namizədlikdən geri çəkildikdən sonra Demokratlar Partiyasının vitse-prezident olan Kamala Harris ABŞ prezidentliyinə namizəd olaraq dəstəkləndi.

Şəxsi həyatı 2014-cü ildə vəkil Duqlas Emhoffla ailə həyatı qurmuşdur.

İstinadlar

Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ vitse-prezidentləri Kateqoriya:Demokrat Partiyasının üzvləri (ABŞ) Kateqoriya:ABŞ konqresmenləri Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (2024) Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ qadınları Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:ABŞ politoloqları Kateqoriya:Qadın ilkləri