Tural Hikmət oğlu Allahverdiyev () — Azərbaycanlı idmançı və milli atlet. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şuşa Uşaq - Gənclər İdman Məktəbinin direktoru.
Həyatı Tural Allahverdiyev 2000-ci ilin 29 iyul tarixində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycan ailəsində anadan olub. 8 il Rusiya Federasiyasında yaşayandan sonra Tural ailəsi birgə Vətəninə Azərbaycana qayıdır və elə 8 yaşından Yunan-Roma Güləşinin sirrlərini öyrənmə başlayır. Sonra müəyyən səbəblərdən Tural güləşi atır, bir necə idman növlərini sınayan Tural ən sonda "Yasamal" İdman Klubunda Cüdo idman növü ilə məşğul olur.
Həmçinin Tural Sambo, Grappling, Pəhləvan Güləşi, Zorxana Kəmər Güləşi və Mas-wrestling İdman növləri üzrə də Azərbaycan Milli Komandasının üzvüdür.
İstinadlar
Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:Azərbaycanın kişi cüdoçuları