Ozyorsk () — Rusiyanın Çelyabinsk vilayətində yerləşən qapalı şəhərdir. Şəhərin sahəsi 657.32 km² və əhalisi 2010-cu ildə 82.164 nəfərdir.

Ozyorsk, 1947-ci ildə İrtyaş gölünün sahilində qurulmuşdur. 1966-cı ilə qədər Çelyabinsk-40, 1994-cü ilə qədər Çelyabinsk-65 adı ilə tanınırdı.

Ozyorsk yaxınlığında Mayak nüvə tullantılarının emalı zavodu var. Soyuq Müharibə dövründə müəssisə plutonium zənginləşdirmə sahəsi kimi də fəaliyyət göstərirdi. 1957-ci ildə regionda ciddi bir nüvə qəzası baş verdi.

İstinadlar

Kateqoriya:Çelyabinsk vilayəti Kateqoriya:Qapalı şəhərlər Kateqoriya:Rusiya şəhərləri Kateqoriya:1945-ci ildə yaranmış dövlətlər və ərazilər