Aleksandr Artyomov (çuvaşca: Александр Спиридонович Артемьев, ) — çuvaş yazıçısı, şairi, ədəbi tənqidçi və tərcüməçisi, Çuvaşiyanın xalq yazıçısı
Həyatı Aleksandr Spiridonoviç Artyomov 14 sentyabr 1924-cı ildə, Çuvaşıstan Respublikasının Yadrinsk qəzası, Turi-Vıla kəndində anadan olmuşdur.
Orta məktəbi Çuvaşiyanın Krasnoçetaysk rayonunun Ştanaşi kəndində bitirmişdir. Təhsilini bitirən kimi İkinci Dünya müharibəsinə göndərilmişdir. Əvvəlcə sıravi, sonra isə kiçik komandir kimi vuruşmuşdur.
Müharibə bitdikdən sonra Uzaq Şərqdə, Mancuriyada vuruşmuşdur. Cəbhədə üç dəfə yaralanmış, döyüş igidliyinə görə medalla təltif olunmuşdur.
Ehtiyata göndərildikdən bir müddət kənddə təbliğati işdə çalışmış, daha sonra “Bayraq” («Ялав») ədəbi dərgisində və «Tavan atal» («Таван Атал») dərgilərində məsul katib vəzifələrində çalışmışdır. Bədii yaradıcılığa da bu illərdə başlamışdır.
Qiyabi olaraq M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır.
1951-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir.
5 avqust 1998-ci ildə Çuvaşıstanın paytaxtı Çeboksarı şəhərində vəfat etmişdir.Чувашская энциклопедияАфанасьев П. Писатели Чувашии. — Cheboksary, 2006
Yaradıcılığı Aleksandr Artyomov yaradıcılığa poeziya ilə başlamışdır. Əsərlərini çuvaş dilində yazmışdır. Şeirlərlə yanaşı, bir çox nəsr əsərlərinin və tərcümələrin müəllifidir. Onun poeziya və nəsr əsərlərinin mühüm bir qismi rus dilinə tərcümə edilmişdir.
Aleksandr Artyomov, eyni zamanda, tərcümə yaradıcılığı ilə də məşğul olmuş, A.Puşkin, M.Lermontov, İ.Turgenev, L.Tolstoy, İ.Höte və başqa müəlliflərin əsərlərini çuvaş dilinə çevirmişdir.
Mükafatları «Rəşadətinə görə» medalı (SSRİ) Çuvaşiya Respublikasının Xalq yazıçısı (1980) I dərəcəli Vətən Müharibəsi ordeni «Şərəf nişanı» ordeni «Xalqlar Dostluğu» ordeni.
Kitabları «Ан авăн шĕшкĕ» (Çürümə, ceviz) (1950); «Салампи» (Salampi) (1956, 1960, 1966, 1983); «Улма йывăç авăнать» (Alma ağacı əyilir) (1958); «Тăвăл умĕн» (Tufandan öncə) (1975); «Юлашки юрă» (Sonuncu mahnı) (1981); «Пурнăç чăнлăхĕпе писатель ăсталăхĕ» (Həyat həqiqiəti və yazıçı sənətkarlığı) (1984); «Суйласа илнисем», икĕ томлă (Seçilmiş əsərləri, 2 cilddə) 1986).
İstinadlar
Ədəbiyyat Аликовская энциклопедия / Редколлегия: Л. А. Ефимов, Е. Л. Ефимов, А. А. Ананьев, Г. К. Терентьев. – Чебоксары, 2009. ISBN 978-5-7670-1630-3. Чăваш литературин антологийĕ / Сост.: Д. В. Гордеев, Ю. А. Силэм. – Чебоксары, 2003. ISBN 5-7670-1279-2 .
Kateqoriya:Çuvaşlar Kateqoriya:Çuvaş şairlər Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rus dilindən tərcümə edənlər