Abbas bəy Sultanov () — həkim, ictimai xadim.

Həyatı Abbas bəy Ağalar bəy oğlu 1895-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində anadan olmuşdu. 8 yaşından 11 yaşına kimi Qubadlı kənd məktəbində oxumuşdu. Sonra Qori şəhər gimnaziyasına qəbul olmuşdu. 1915-ci ildə gimnaziyanı bitirmişdi. Elə həmin ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. Unıversitetdə oxuduğu dövrdə siyasi dərnəklərdə iştirak etmişdi. 1917-ci ildə təhsil ocağını yarımçıq qoyub Zəngəzura qayıtmışdı. Feldşerlik vəsiqəsi olduğundan Gorusda qəza idarəsinin tibb şöbəsində işə başlamışdı. Sovet dövründə, 1921-ci ildən 1923-cü ilədək Qubadlı Qəza Firqə Komitəsinin məsul katibi işləmişdi. Sonra Xalq Maarif komissarlığında baş ictimai tərbiyə idarəsinin müdiri vəzifəsində çalışmışdı. Oradan də Ali Siyasi Maarif İdarəsinin müdiri vəzifəsinə dəyişmişdi. 1930-cu ildə Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi olmuşdu.1931–1932-ci illərdə Qaradonlu (indiki İmişli) Rayon Partiya Komitəsinin birinci katibi, sonra uzun müddət Gəncədə Zaqafqaziya Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru işləmişdi.

Mənbə Ənvər Çingizoğlu. Hüseynqulu sultanın törəmələri. "Soy" dərgisi, 8 (28), 2009, səh.

Həmçinin bax Sultanovlar (II)

İstinadlar

Kateqoriya:Sultanovlar (Qubadlı) Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qubadlı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası İmişli Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Qubadlıda doğulanlar Kateqoriya:Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları