Qriqori Mixayloviç Sorin () — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1961).

Həyatı Qriqori Sorin -cü ildə Rjevdə anadan olmuşdur. 1914-cü Moskva Filarmoniya Cəmiyyətinin Teatr Məktəbini bitirmiş, elə həmin ildə səhnə fəaliyyətinə başlayaraq 1914–1923-cü illərdə Moskvada Nezlobin teatrında, 1923–1927-ci illərdə Meyerhold adına teatrda, 1927–1931 və 1937–1941-ci illərdə Satira teatrında, 1931–1936-cı illərdə Odessa, 1941–1946-cı illərdə isə Qorki teatrlarında işləmiş, 1946-cı ildən fasilələrlə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.

Qriqori Sorin 10 yanvar 1973-cü ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 mart 1961 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 2 fevral 1956 "Şərəf nişanı" ordeni — 9 iyun 1959

İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Vasya Qızğın ürək Aleksandr Ostrovski Robinzon Cehizsiz qız Aleksandr Ostrovski Pyotr Meşə Aleksandr Ostrovski Perçixin Meşşanlar Maksim Qorki Saatsaz Kreml saatı Nikolay Poqodin Şeyx Alı Vaqif Səməd Vurğun Nəcəf bəy Şərqin səhəri Ənvər Məmmədxanlı Malvolio On ikinci gecə Uilyam Şekspir

Filmoqrafiya Telefonçu qız (film, 1962) — Pyotr Stepanıç

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri