Milan FK () — İtaliyanın Lombardiya regionunun Milan şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Associazione Calcio Milan"dır və buna görə klub dünyada daha çox "A.C. Milan" adıyla tanınır. Klub ev oyunlarını San-Siro stadionunda keçirir. Komandanın hal hazırda kapitanı Davide Kalabriya, baş məşqçisi isə Paulo Fonsekadır.

Dünyanın ən titullu klub komandalarından biridir. Ən çox beynəlxalq kubok qazanmış İtaliya futbol klubudur.

Klub ilk İtaliya çempionluğunu, çempionatda debüt etdiyi 1900/1901 mövsümundə, son çempionluğunu isə 2021/22 mövsümundə qazanıb.

1963-cü ildə Avropa Çempionlar kubokunu qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin Avropanın ən böyük klub turniri olan Çempionlar Liqasının kubokunu öz müzeyində əbədi saxlamaq hüququna malik 5 Avropa klubundan biridir. Klubun Çempionlar Liqasında son çempionluğu isə 2006/07 mövsümundə olub.

UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biridir (6 dəfə).

Klubun qazandığı son titul 2021/22 mövsümundə qazandığı İtaliya A Seriyası çempionluğudur.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, Avropada XX əsrin ən yaxşı dördüncu futbol klubudur.

Klub İtaliya və dünya futbolunun ən varlı klublarından biridir. O, Avropanın aparıcı futbol klublarından ibarət hazırda fəaliyyət göstərməyən "G-14" qrupunun, eləcə də onu əvəz edən Avropa Klublar Assosiasiyasının qurucu üzvüdur.

Tarixi Yaranışı və erkən illər "Milan" klubu 16 dekabr 1899-cu il tarixində britaniyalılar Alfred Edvard, Samüel Riçard Devis, Penvin Levellin Nevill, Kurt Lees, Mildmey, Barnett Heys və yerli milanlılar Pyero, Alberto Pirelli, Daniele, Françesko Anjeloni, Guido Valerio, Antoni Dubini və Culio Sederno tərəfindən yaradılmışdır. Bu şəxslər 13 dekabr 1899-cu ildə "Nord et des Anglais" hotelində toplaşaraq yeni yaranacaq klubun strukturunu müzakirə edirlər. Klub "Milan futbol və kriket kubu" (ing.: Milan Foot-Ball and Cricket Club) adını alır. Klubun ilk prezidienti Alfred Edvard seçilir. Klubun ilk baş məşqçisi Britaniyanın Nottinqem şəhərində doğulmuş Herbert Kilpin olur. Klubun öz geyim formasında istifadə etdiyi qara qırmızı rəngidə Herbert Klipinə məxsusdur.

Yeni yaranmış klubun keçirdiyi ilk oyun 11 mart 1900-cü il tarixində baş tutur. Rəqib Milanın digər klubu olan "Mediolanum" klubu olur. Həmin matç üçün klub aşağıdakı heyət ilə meydana çıxır: Kilpin, Huud, Kannani, Toretto, Liss, Valerio, Dubini, Devis, Nevill, Allison, Formenti. Milanın bu göruşdə 3:0 hesablı inamlı qələbə qazanması komandanı ruhlandırır və ölkə çempionatında oynamaq hüququ almaq üçun İtaliya Futbol Federasiyasına üzv olmaq qərarına gəlinir.

Klub ilk rəsmi oyununu isə, 1900-cü il aprelin 15-də "Torineze" klubuna qarşı keçirir və 0:3 hesabı ilə məğlub olur.

Klub İtaliyada ilk ölkə çempionluğunu yarandığından iki il sonra, 1901-ci ildə qazanır. Sonra 1906 və 1907-ci illərdə təkrar İtaliya çempionu olur.thumb|Klubu yaradan şəxslərin şəkili.1907-ci ildə legionerlərlə yaranan vəziyyətə görə Milan klubu xarici oyunçularından imtina edir. Milanı tərk edən xarici oyunçulardan ibarət yeni klub yaranır və klub "İnternasional" adını alır. Bu klub hal hazırda da fəaliyyətini davam etdirən İnter klubudur. Bir il sonra yeni yaranmış klubun fəaliyyəti təsdiq edilir və beləcə bu gün futbol üzrə dünyanın ən möhtəşəm derbilərindən biri olan Milan derbisi yaranır.

Bu dövrdən sonra Milan sonra qeyri stabil dövr başlayır. Rossonerilər turnir cədvəlində ənənəvi olaraq orta sıralarda yer alır və nadir hallarda ilk dördlüyə daxil ola bilirdilər.

1936-cı ildə komandanın adı "Milan Futbol Klubu"ndan "Milan İdman Assosiasiyası"na (ital: Associazione Sportivo Milan), 1945-ci ildə isə "Milan Futbol Assosasiyası"na (ital. Associazione Calcio Milan) dəyişdirilir. Eyni zamanda klubun rəhbərliyində də çoxsaylı dəyişikliklər baş verir. 1940–1954-cü illərdə komandaya rəhbərlik etmiş Umberto Trabattoni Milanın prezidenti olur. İlk dəfə olaraq Milanın super kluba çevrilməsi bu dövrdən başlayır.thumb|250px|1901-ci il

1950-ci illər: "Gre-No-Li" thumb|Milanın əfsanəvi üçlüyü - Gre-No-Li. Qunnar Norhal, Yuhan Qunnar Qren və Nils Lidholm. Umberto Trabattoni Milan klubunun prezidenti seçildikdən bir neçə il sonra, öz köməkçisi olan keçmiş futbolçu Antonio Buzini ilə birlikdə Milanın super komandaya çevrilməsi işlərinə başlayır. Klub 1948/49 mövsümündə son illərin ən yaxşı nəticəsini göstərərək İtaliya çempionatında ikinci yeri tutur. 1949-cu ildə İsveçin "IFK Norrköping" klubundan hücumçu Qunnar Nordal transfer edilir. Bir il sonra Milanın sıralarına daha iki isveçli ulduz, Yuhan Qunnar Qren və Nils Lidholm qoşulur. Klubun baş məşqçisi isə, əvəllər "IFK Norrköping" klubunda işləmiş macarıstanlı Layoş Şeyzler təyin edilir. Tezliklə Gre-No-Lİ adını alan isveçli üçluk Milanın oyununu tam dəyişir. 1949/1950 mövsümündə klub İtaliya çempionatında təkrar ikinci yeri tutur. Bir il sonra 1951-ci ildə klub dördüncü dəfə İtaliya çempionu olur. Bir həftə sonra isə klub o dövrün əsas avrokubok yarışı olan Latın Kubokunun finalında Fransanın Lill komandasını 5–0 hesabı ilə məğlub edərək ilk beynəlxalq kubokunu qazanır. Növbəti üç mövsüm klub üçün çox da uğurlu olmur. 1952-ci ildə Layoş Şeyzler baş məşqçi vəzifəsindən çıxarılır. 1954-cü ildə isə sağlığında yaranan problemlərə görə Umberto Trabattoni prezidentlik kürsüsünü tərk edir. Milanın yeni prezdienti Andrea Ritsoli seçilir. Ritsolinin prezident olduğu ilk 7 ildə Milan 4 dəfə İtaliya çempionu olur, 2 dəfə isə çempionatın gümüş medallarını qazanır.

1960–1973: Nereo Rokko 1961-ci ildə Milan klubunun baş məşqçisi Nereo Rokko təyin edilir. Əfsanəvi məşqçi ilk mövsümdə Milana 8-ci İtaliya çempionluğunu qazandırır. Növbəti mövsümdə qırmızı-qaralar UEFA Çempionlar Kubokunun finalında Joze Altafininin vurduğu iki qol ilə Portuqaliyanın Benfika klubuna qalib gələrək, İtaliya klubları arasında ilk dəfə olaraq bu kuboku qazanır. Milan tarixinin ən uğurlu dövrlərindən biri olan bu dövrdə, Milanın heyətində Joze Altafini, Canni Rivera kimi öz parlaq oyunu ilə diqqət çəkən ulduzlar çıxış edirdi. 1963-cü ildən etibarən Milan məşqlərini Vareze əyalətinin Milanello şəhərciyində olan idman mərkəzində keçirir.

1963-cü ildə Nereo Rokko Milanı tərk edərək Torino klubuna keçir. Onu Milan klubunda Cüzeppe Viani əvəz edir. 1966-cı ildə Nereo Rokkonun kluba ikinci gəlişi baş verir. Bir il sonra Rokko özunə məxsus dubl edərək həm İtaliya çempionu olur, həm də ki Kuboklar Kubokunu qazanır. Növbəti il isə Rokkonun başılıq etdiyi klub ikinci dəfə UEFA Çempionlar kubokunun qalibi olur. Bu dəfə milanlılar finalda əfsanəfi Rinus Mikselsin rəhbərlik etdiyi Niderlandın Ayaks klubunu məğlub edir. Qitələrarası kubokda isə Argentinanın "Estudiantes" klubunu məğlub edilir və Milanın müzeyinə yeni bir titul gəlir.

Rokkolu Milan 1971/72 mövsümündə İtaliya Kubokunu, 1972/73 mövsümündə isə həm İtaliya kubkunu həm də ki UEFA Kuboklar Kubokunu qazanır.

1973–1985 1973-cü ildə Rokko klubu tərk edir. Rokkonun gedişindən sonra Milanda eniş dövrü başlayır və klub ən uğursuz dövrlərindən birini yaşayır. Bu dövrdə komandanın yeganə uğuru, onuncu çempionluğunu qazanaraq embleminə bir ulduz da əlavə etməsi olur. Bu zaman komandanın baş məşqçisi, keçmiş oyunçusu və lideri Nils Lidholm olur. Bu illərdə uzun müddət komandanın kapitanı olmuş Canni Rivera futbolçu karyerasını bitirir və Milan komandasının vitse prezidenti təyin edilir. Əvəzində gələcəkdə komandanın kapitanı və dünya tarixinin ən yaxşı müdafiəçilərindən biri olacaq gənc Franko Barezi komandada peyda olur.

Lidholm baş məşqçi postundan getdikdən sonra ardıcıl olaraq Milanda bir neçə baş məşqçi dəyişikliyi baş verir. 1980-ci ildə baş vermiş futbol qalmaqalından sonra isə komanda B Seriyasına göndərilir. İki il ardıcıl B Seriyasında yarışan klub burada çempion olur və təkrar A Seriyasına geri dönur. Nils Lidholm təkrar baş məşqçi kimi komandaya dəvət edilir. Bu zaman sonralar uzun müddət komandanın heyətində oynamış, dünya tarixinin ən yaxşı müdafiəçilərindən birinə çevriləcək gənc Paolo Maldini komandanın heyətində peyda olur.

1986–1996: Arriqo Sakki və Fabio Kapello thumb|Marko Van Basten 20 fevral 1986-cı ildə İtaliyalı biznesmen Silvio Berluskoni klubu alaraq onun sahibinə çevrilir. Bir ay sonra klubun yeni sahibi həm də klubun prezidenti seçilir. Yeni prezident dərhal radikal dəyişikliklərə edərək komandanı gücləndirməyə başlayır. İlk olaraq komandaya baş məşqçi olaraq Arriqo Sakki dəvət edilir. İtaliya millisinin üzvləri olan Cüzeppe Qalderizi, Daniele Massaro, Covanni Qalli və yeni parlayan Roberto Donadoni, Dario Bonetti kimi futbolçular Milana transfer edilir.

1987-ci ilin yayında Sakkinin iş üsulları ilə artıq tanış olan Berluskoni onu öz malikanəsinə dəvət edir, uzun söhbətdən sonra Silvio anlayır ki, Sakki ona lazım olan məşqçidir. Çünki 1980-ci illərdə Avropa futbolunda müdafiə oyunu taktikası üstünlük təşkil edirdi və bu "kattenaço" taktikasının yarandığı ölkədə daha çox nəzərə çarpırdı. Amma Sakki tamamilə başqa futbol fəlsəfəsinə malik idi və kəskin hücum oyununun tərəfdarı idi. Berluskoni isə, gözəl oyun ilə qələbə qazanan komanda qurmaq istəyirdi və buna görə də öz seçimini Arriqo Sakki üzərində edir. Sakki Milanda dərhal 4–4–2 sxemindən istifadə etməyə başlayır. Komandanın futbol fəlsəfəsi kombinasiyalı, sürətli və hücum oyununa çevrilir. Arriqo oyunçulara kombinasiyalı oynamaq imkanı verərək, İtaliyada o zaman çox sevilən "futbol riyaziyyatı"ndan, yəni oyunçuların oyunda öz funksiyalarını dəqiq şəkildə yerinə yetirmələri tələblərindən tamamilə imtina edir. Milan müdafiədə Nils Lidholm tərəfindən tətbiq edilən "yüksək zona müdafiəsi" sistemi ilə oynamağa davam edir. Hücum edən oyunçular isə situasiyaya uyğun hərəkət edərək növbə ilə solda, sonra sağda oynayırlar. Mərkəz hücumçuları bir-birinə çox yaxın olurdular. Orta sahədə oyunçuların düzuluşu isə romb formasında olurdu. Sakkinin Milanın oyun sxemində tətbiq etdiyi ən vacib şey oyunçuların hərəkətlərinin dəqiq koordinasiyası, oyunçuların top olmadan daimi hərəkəti, bütün meydançada preslsinq tətbiqi və oyun funksiyalarının tam universallaşdırılması idi.

Bu dövrdə komandaya Niderland futbolunun parlayan ulduzları Van Basten və Ruud Qullit transfer edilir. Az sonra onlara Frank Raykard qoşulur. Əfsanəvi iveçli Gre-No-Li triosundan sonra Milanda yeni əfsanəyə çevriləcək trio yaranır. Həmçinin komandanın gənclər komandasından Kostakurta əsas komandaya gətirilir. Milanın digər böyük transferi isə, sonralar komandanın baş məşqçisi olacaq Karlo Ançelottinin transferi olur.

Sakkinin uğur qazanması özunu çox gözlətmir və Milan 1987/88 mövsümundə Napolini qabaqlayaraq on birinci dəfə İtaliya çempionu olur. Bir il sonra Çempionlar kubokunun finalında Ruminyanın Styaua klubu 4–0 hesabı ilə qalib gələrək Avropanın ən güclu klubu adını qazanır. Sakki 1991-ci ilə qədər komandaya rəhbərlik edir və bu dövrdə Milan İtaliya çempionluğunu, iki dəfə Çempionlar Kubokunu, iki dəfə Qitələrarası Kuboku, iki dəfə Avropa Superkubokunu və bir dəfə isə İtaliya Superkubokunu qazanır. thumb|Kapello Milana kubok ilə gəlir Milanın keçmiş yarımmüdafiəçisi Fabio Kapello 1992/93 mövsümünün əvvəlində, İtaliya millisinə gedən Sakkini əvəzləyir. Lakin komanda həm ölkə daxilində, həm də Avropada dominantlığını davam etdirir. Milan Kapello ilə dörd dəfə İtaliya çempionluğunu (ardıcıl üç dəfə), üç dəfə İtaliya Superkubokunu, bir dəfə Çempionlar Liqasını (Finalda İspaniyanın Barselona klubunu böyük hesabla məğlub etməklə) və bir dəfə UEFA Superkubokunu qazanır.

Ümumiyyətlə 1986–1996-cı illər təkcə qazanılan kubokların sayına görə deyil, həm də gözəl oyun tərzinə görə klub tarixinin ən məhsuldar zamanı sayılır. Bu zaman Milana futbol "The Immortals" yəni ölumsuzlər ləqəbi verilir. bu müddətdə Milan futbolçuları beş dəfə Qızıl Top mükafatını qazanırlar.

1996–2001