Xorasan Səlcuqiləri (; 1092-1118) - Səlcuqluların Xorasanda qurduğu dövlət (sultanlıq). Ərazisi Xorasanı, Türkmənistanı, Məvarünnəhri və Xarəzmi əhatə etmişdi.

Hökmdarlar (Məliklər və Sultanlar)

Məliklər

Davud Çağrı bəy Alparslan Arslan şah İlyas ibn Davud Süleyman ibn Davud Məsud ibn Ərtaş Yabqu Maudud ibn Ərtaş Yabqu Arslan Arqun ibn Məhəmməd Böri Bars ibn Məhəmməd Təkiş ibn Məhəmməd Toğan ibn Alparslan

Sultanlar Arslan Arqun ibn Məhəmməd Əhməd Səncər ibn Məlikşah

Xorasan Səlcuqlu Sultanlığının bayrağı və gerbi

Bayraq Səlcuqlu dövlətinin bayrağında bir ikibaşlı qartal və üzərində bir yay ilə ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və yay isə Türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını Böyük Səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi. Ehtimal edilir ki, Xorasan Səlcuqluları da öz bayraqlarını bu bayraq əsasında düzəldiblər.

Gerb Səlcuqluların gerbi ikibaşlı qartaldır. İkibaşlı qartalın mənası "Bayraq" qismində verilmişdir. Səlcuq gerbi bütün Səlcuq dövlətlərində olduğu kimi istifadə edilmişdir. İstinadlar

Kateqoriya:Türk dövlətləri Kateqoriya:Türk tarixi Kateqoriya:Tarixi türk dövlətləri Kateqoriya:Səlcuq sülaləsi