COMiKON İstanbul – Türkiyənin İstanbul şəhərində hər il təşkil olunan bir populyar mədəniyyət hadisəsi. Konvensiya, dünyanın bir çox böyük şəhərlərində təşkil olunan komiks hadisəsini Türkiyəyə daşıyaraq bu ölkədə güclü bir sektorun formalaşmasını və istedadlı gənclərin beynəlxalq səviyyədə tanınırlıq qazanmasını, dünyadakı ustalarla bir araya gəlməyi və bir vizyon qazanmağı hədəfləyir. Türkiyə Yapon İncəsənət Mərkəzi tərəfindən təşkil edilən ilk və yeganə anime hadisəsidir və ilk dəfə 2017-ci ildə təşkil edildiyi gündən bu yana üç dəfə keçirilmişdir.
Konvensiyada animasiya, komikslər, manqa, oyun dizaynı, illüstrasiya, cosplay, elmi fantastika kinosu, fantaziya ədəbiyyatı daxil olmaqla bir çox fəaliyyət daxildir. COMiKON İstanbul, hər il Türkiyədən və xaricdən çox sayda quruma və sənətçiyə ev sahibliyi edir. Konvensiyanın talismanı Kitsune (tülkü) adlı qadın anime personajıdır.
Keçirilmiş tədbirlər Adı Tarix Məkan İstinad COMiKON İstanbul 2017 7-8 oktyabr 2017 Caddebostan Mədəniyyət Mərkəzi COMiKON İstanbul 2018 28 sentyabr 2018 Caddebostan Mədəniyyət Mərkəzi COMiKON İstanbul 2019 19-20 oktyabr 2019 Hərbiyyə Hərbi Muzeyi Mədəniyyət Ərazisi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Anime konvensiyaları Kateqoriya:2017-ci ildə yarananlar Kateqoriya:İstanbul mədəniyyəti