Zurab Temuroviç Noqaideli (; ) — Gürcüstan siyasi xadimi. 2005–2007-ci illərdə Gürcüstanın baş naziri, "Ədalətli Gürcüstan" siyasi partiyasının lideri.

Həyatı M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1988–1991-ci illərdə Gürcüstan Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışmışdır. 1992-ci ildə Respublika Parlamentinin üzvü oldu. 1999-cu ildə "Gürcüstan Vətəndaşlar İttifaqı" partiya siyahısı üzrə Gürcüstan parlamentinin üzvü. Parlamentin eyniadlı fraksiyasına daxil olmuşdur. Vergilər və Gəlirlər Komitəsinin sədri seçilmişdir. 2001–2002-ci illər ərzində Maliyyə Naziri idi.

İstefa verdikdən sonra kommersiya bankı işləmişdir və konsaltinq şirkətində ortaq olaraq çalışdı. 27 noyabr 2003-cü ildə Maliyyə Naziri təyin olundu. 17 fevral 2005-ci ildən 2007-ci ilin noyabr ayınadək Gürcüstan Baş Naziri olmuşdur.

Ailəlidir və iki övladı var.

İstinadlar

Xarici keçidlər Gürcüstan hökumətinin rəsmi saytında Gürcüstanın baş naziri Zurab Noqaidelininin qısa bioqrafiyası

Kateqoriya:Gürcüstan baş nazirləri Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:Gürcüstan sahibkarları