Əliyev Məhərrəm Əkbər oğlu () — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1951).
Haqqında 16 noyabr 1931-ci ildə Azərbaycan SSR, Astraxanbazar (indiki Cəlilabad rayonu), Təklə kəndində anadan olmuşdur.
1948–1968-ci illərdə Astraxanbazarda Puşkin adına kolxozda kolxozçu, komanda rəhbəri, mühasib müavini və usta kimi fəaliyyət göstərmişdir. 1968-ci ildən etibarən Cəlilabad rayonunda Nərimanov adına fermanın müdiri olmuşdur.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 iyul 1951-ci il tarixli fərmanı ilə 1950-ci ildə yüksək tütün məhsulu aldığına görə Əliyev Məhərrəm Əkbər oğluna "Lenin" ordeni, "Oraq və Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı adı verildi.
Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1951-ci ildən bəri Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
2002-ci ildən Azərbaycan Prezidentinin fəxri təqaüdü verilmişdir.
2015-ci il 5 sentyabrda yaşadığı Təklə kəndində vəfat etmişdir
İstinadlar
Xarici keçidlər 4-cü cild
Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Tütünçülər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri