Rahib Bəxtiyar oğlu Babayev () — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı. O, İkinci Qarabağ müharibəsində həlak olmuşdur.

Həyatı və təhsili Rahib Bəxtiyar oğlu Babayev 1985-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuna bağlı Külüs kəndində anadan olmuşdur. İlk təhsilini Külüs kənd məktəbində, orta təhsilini isə Naxçıvan şəhəri 14 nömrəli məktəbdə tamamlamışdır. 1999–2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002–2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2007-ci ildə "Zabit ixtisas kursu"nu bitirmişdir. Şəxsi həyatı Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva (2008-ci ildə evlənmişdir) və üç övladı – qızı Mələk (5 oktyabr 2010-cu il təvəllüdlü), oğulları İbrahim (21 iyul 2015-ci il təvəllüdlü) və Əli (23 yanvar 2019-cu il təvəllüdlü) yadigar qalmışdır. Bir qardaşı – Bilal Babayev və bir bacısı var. Atası 2013-cü ildə avtomobil qəzəsində həlak olmuşdur. Anası Yazgül Naxçıvanda yaşayır.

Hərbi karyerası Müdafiə nazirinin əmrinə əsasən, 2006-cı ildə leytenant rütbəsi verilmişdir. İlk xidmət yeri Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissə olmuş, ilk komandiri Polad Həşimov idi.

18 illik xidmət müddətində Sumqayıt, Qazax və Murovdağ kimi yerlərdə fəaliyyət göstərmişdir. Murov dağlarında 8 il xidmət etmişdir. Motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah rəisi – tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində xidmət etmişdir. O, Murovdağda xidmət etdiyi dövrdə baş leytenant rütbəsindən mayor rütbəsinədək yüksəlmişdir. Murovdağda "N" saylı hərbi hissənin 1-ci tabor komandiri vəzifəsini icra edirdi. Qüsursuz xidmətinə görə fəxri fərmanlar, medallar və Ali Baş Komandan İlham Əliyevin xüsusi mükafatları ilə təltif olunmuşdur. 18 sentyabr 2018-ci ildə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Murovdağda qoşunların təmas xəttində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlanışa gəlmiş, xidmətdə fərqlənən bir qrup hərbçi qulluqçuya, o cümlədən həmin dövrdə kapitan olan Rahib Babayevə Ali Baş Komandan adından qol saatı təqdim etmişdir.https://mod.gov.az/az/news/mudafie-naziri-yuksek-dag-zirvelerinde-yerlesen-bolmelerin-doyuse-hazirligini-yoxlayib-24217.htmlhttps://mod.gov.az/az/pre/24260.html

İkinci Qarabağ müharibəsi thumb|right|Rahib Babayevə Prezident İlham Əliyevin adından verilmiş qol saatı. Bu qol saatı Rahib Babayev şəhid olduğu vaxt onun üzərində olmuş, daha sonra digər əşyaları ilə birlikdə döyüş yoldaşları tərəfindən ailəsinə təhvil verilmişdir.

Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ–Kəlbəcər istiqamətində fəaliyyət göstərmişdir. O, 23 nəfərlik döyüş qrupu ilə birlikdə dəniz səviyyəsindən 3381 metr yüksəklikdə olan "Canavar sol" döyüş mövqeyini azad etmiş, "Canavar sağ" yüksəkliyinin azad edilməsində istiqamət komandiri kimi rol oynamışdır. Bu yüksəkliklər müharibənin ilk günlərində onun rəhbərliyi altında azad edilmişdir. Ümumiyyətlə, "Canavar sol" postu müharibədə Ermənistan Silahlı Qüvvələrindən alınan ilk post olmuşdur. 27–30 sentyabr tarixləri arasında Ermənistan qüvvələrinin qoyub qaçdığı iri çaplı silahlardan istifadə etmiş, Ermənistana məxsus bir neçə texnikanı və canlı qüvvəni məhv etmişdir. Döyüşlər zamanı qolundan ağır yaralanmışdır, lakin meydanı tərk etməmiş, yaralı halda vuruşaraq əsgərlərinin həyatını xilas etmişdir.

30 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı ikinci dəfə artilleriya mərmisindən ağır yaralanmış və şəhid olmuşdur. 2 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Xatirəsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Doğum günləri (19 iyun) və ölüm günləri (30 sentyabr) Naxçıvanda, Sumqayıtda və digər yerlərdə xatirə mərasimləri keçirilir. Deputat Qənirə Paşayeva ailəsi ilə görüşmüş, Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən Sülh küçəsində yaşadığı evin yanında abidəsi ucaldılmışdır. AĞ Partiya üzvləri abidə açılışında iştirak etmişdilər.https://xeberle.com/cemiyyet/99768-sumqayitda-shehid-mayorun-xatiresi-ebedileshdirilir-foto.html Xatirəsinə şeirlər, məqalələr və kitablar yazılmışdır.

Təltifləri Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuşdur:

50px — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı 50px — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 50px (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) 50px (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) 50px (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

İstinadlar

Kateqoriya:Azərbaycan mayorları Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar