Bartın () — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. Etimologiya Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. Tarixçə 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir. Əhali İlçədən asılı olaraq mərkəz istisna olmaqla ilçə mərkəzinə 3 şəhər, 178 kənd və 2144 məhəllə bağlıdır. 66.091 nəfər şəhərdə, 81.381 nəfəri kənd bölgələrdə olmaqla, ümumilikdə 147.472 nəfər əhalisi var. Media Bartın daha sonradan il statusu aldığı üçün Türkiyənin əhali baxımından ən kiçik illərindən biridir. Şəhərdə 1 yerli televiziya kanalı və 2 yerli radio kanalı var. İstinadlar

Həmçinin bax Bartın Bələdiyyəsi

Kateqoriya:Bartın ili Kateqoriya:Türkiyə şəhərləri Kateqoriya:Türkiyə limanları Kateqoriya:Qara dəniz kurortları