Qonurboğaz ərincək () — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Bu sinfin ən çox yayılmış növüdür. Cənubi və Mərkəzi Amerikanın meşələrində aşkarlanmışdır.

Görünüşü Qonurboğaz ərincə digər üçbarmaqlı ərincək növlərinin əksəriyyəti ilə eyni ölçüdə və quruluşdadır. Erkək və dişilərın uzunluğu 42–80 sm-dir. Quyruq nisbətən qısadır və 2,5–9 sm uzunluqdadır. Yetkinlərin çəkisi 2,25 ilə 6,3 kq arasında olur. Erkəklərlə dişilər arasında ölçüdə əhəmiyyətli bir fərq yoxdur. Hər ətrafın üç barmağı var. Ön ətraflardakı barmaqlarda 7 ilə 8 sm, arxa ətraflarda isə 5 ilə 5,5 sm olan uzun, əyri dırnaqlar vardırHayssen, V. Bradypus variegatus (Pilosa: Bradypodidae) // Mammalian Species. — 2010. — Vol. 42, № 1. — P. 19–32. — doi:10.1644/850.1..

Yayılması və yaşayış sahələri Qonurboğaz ərincək üçbarmaq ərincəklər arasında ən geniş yayılanıdır. Şimalda Hondurasdan, Nikaraqua, Kosta-Rika və Panamadan keçərək Venesuela, Kolumbiya, Ekvador, Boliviya, Braziliya və şərqi Peruya qədərki ərazilərdə yayılmışdır. Çox güman ki, Amazonun yağışlı meşələrinin şimalında və ya Rio Neqro çayının şərqində bellə yayılmışlar. Baxmayaraq ki bu bölgələrdə tapılan solğun boğaz ərincəklərə oxşarlığı keçmişdə bir az qarışıqlığa səbəb olmuşdur.

Həmişəyaşıl və quru meşələr də daxil olmaqla çox müxtəlif mühitlərdə yaşaya bilirlər. Ümumiyyətlə dəniz səviyyəsindən 1200 m-ə qədər ərazilərdə rast gəlinir. Bəzi fərdlərin daha yüksək hündürlüklərdə yaşaması bilinir.

Çoxalma Qonurboğaz ərincəklər üzərində aparılan araşdırmalar cütləşmənin şimal arealında ən çox yanvar-mart ayları arasında baş verdiyini, lakin bunun başqa yerlərdə dəyişə biləcəyini göstərir. Boğazlıq ən azı yeddi ay davam edir. Bala doğulartkən artıq xəzə və dırnaqlara sahib olur. Bala ərincəklər yalnız dörd-beş həftədən sonra tamamilə süddən kəsilir. Beş ay və ya daha çox müddət ərzində analarının qarnından yapışmaları ilə seçilirlər.

Dişilərdə süd vəziləri, əksər məməlilərdə olduğu kimi əhəmiyyətli miqdarda süd yığmır. Çünki körpə ərincək hər zaman döşə ilişib qalır və əmələ gələn kimi süd istehlak edilir. Doğuşdan dörd gün sonra qatı qidaları yeməyə başlayırlar, əvvəlcə ananın ağzından gələn qida hissəciklərini yalayırlar. Bu proses onların yeməli yarpaqları tez bir zamanda təyin etmələrinə imkan verir. Ərincəklər ümumiyyətlə yalnız analarının yediyi yarpaq növləri ilə qidalanırlar.

Təbiətdə qonurboğaz ərincəklər ümumiyyətlə 30–40 il ömür sürər.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Onurğalılar Kateqoriya:Məməlilər Kateqoriya:Peru məməliləri Kateqoriya:Boliviya məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Şimali Amerika məməliləri