Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib.
Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib.
Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
İstinadlar
Xarici keçidlər Mahnının sözləri MetroLyrics saytında 20px|link=YouTube Sting - Shape of My Heart
Kateqoriya:1993-cü ilin sinqlları Kateqoriya:1993-cü ilin mahnıları Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Stinq mahnıları