Babək Vahid oğlu Qurbanov () — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının sabiq Rəhbəri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Erkən illəri və hərbi xidməti 1982-ci ildə Şahbuz rayonunda doğulub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Prezidentinin 16 avqust 2025-ci il tarixli Sərəncamı ilə ona general-leytenant ali hərbi rütbəsi verilmişdir.
2026-cı ildə, 43 yaşında öz istəyi ilə təqaüdə çıxıb.
Təltifləri 50px (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (25 dekabr 2020) — "Zəngilanın azad olunmasına görə" medalı 50px (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan sərhədçiləri