Əbülhəsən Tana şah () — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi.
Həyatı Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır.Narendra Luther Archives-Strange life of Tana Shah
Hakimiyyəti 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər. Birdən-birə əsir düşən Əbülhəsənin təslim olmaqdan başqa çarəsi qalmamışdı.
Ölümü Həyatının son illərini əsirlikdə keçirən şah 1699-cu ildə vəfat etmişdi. Ölümü ilə Qütbşahlar sülaləsi sona çatmışdır.
Xarici keçidlər Narendra Luther Archives-Strange life of Tana Shah Narendra Luther Archives-Fall of Tana Shah Hyderabad Planet-History of Hyderabad A city of bulging domes. Qutb Shahi Tombs AP online -History Medieval Period Hyderabad Timeline Indian Classical Dances-Kuchipudi On the use of 'Tana Shahi' by Indian parliamentarians
İstinadlar
Kateqoriya:Qaraqoyunlular Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Devrilmiş monarxlar