Ərsin Tatar () — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir.

İlk illəri və təhsili Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir. 1982-ci ildə Kembric Universitetinin İqtisadiyyat fakültəsindən məzun olmuşdur. Ailəlidir və 2 övladı var.

Fəaliyyəti İlk olaraq 1982–1986-cı illərdə Prays Vaterhaus şirkətinin İngiltərədəki mərkəzi ofisinda çalışmıdşır. Burada hesab mütəxəsisliyi təhsili almış və maliyyə müşaviri olmuşdur. Daha sonra Asil Nadirin Polli Pek şirkətində maliyyə rəhbəri olaraq çalışmışdır. Nadirin mətbuat sahəsinə girməsi ilə birlikdə, Ersin Tatar 1990-cı ildə Show TV və Cine5 kanallarının qurucu rəhbərliyini etmişdir. 1991–1992-ci illərdə Ankaradakı FMC-Nurol Müdafiə Sənayesi firmasında maliyyə rəhbəri olaraq çalışmışdır. 1992–2001-ci illər arasında İstanbulda Show TV-də baş kordinatorluq vəzifəsini icra etmişdir. 1996-cı ildə Şimali Kiprin ilk özəl televiziyası olan Kanal T-ni qurdu və idarə heyəti başqanlığını icra etdi. 1990-cı illərdə Doğan Harman və Hüseyn Macit Yusif ilə Kiprli jurnalını nəşr etdirdi. 2001–2003-cü illər arasında Yenicami Ağdələn klubunun rəhbərliyi etdi. 2000-ci illərdə "Xalqın Səsi" qəzetində həftəlik yazılar yazmağa başladı.

Siyasi fəaliyyəti 5 may 2009-cu ildə Şimali Kiprin maliyyə naziri kimi çalışmağa başladı. Bu dövrdə MBP katibinin müavini olaraq da çalışırdı. 2013-cü ildə hökumətin səslərinin aşağı olmasına görə Tatarın kabinetdəki vəzifəsi də sonlandı. 2018-ci ilin 18 oktyabrında edilən MB partiyasının qurultayında birinci seçildi. 31 oktyabr 2018-ci ildə MBP Qurultay Divan Heyəti tərəfindən başqan elan edildi. 2020-ci ildə prezident seçkilərində 32.5 faiz səs toplayaraq ikinci tura keçdi. Tufan Erhürmanın baş nazirliyini etdiyi CTP-HP-TDP-DP koalisiya hökumətinin istefasından sonra 14 may 2019-cu ildə MBP rəhbəri olaraq hökuməti qurma tapşırıldı.22 mayda MBP-HP koalisiya hökumətinin qurulması ilə Şimali Kiprin baş Naziri oldu. 2020-ci il prezidentliyi seçkilərində Milli Birlik Partiyasından prezidentliyə namizəd oldu. 9 oktyabr 2020 tarixində keçirilən seçkilərin ilk turunda 32.34 faiz toplayaraq birinci oldu və o dövrki prezident olan Mustafa Akıncı ilə ikinci tura keçdi. 18 oktyabr 2020-ci ildə keçirilən ikinci turda 51.74 faiz səs toplayaraq prezident seçildi.

İstinadlar

Kateqoriya:Şimali Kipr baş nazirləri Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Erməni soyqırımının inkarçıları Kateqoriya:Şimali Kipr prezidentləri