Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı — Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı.
Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə , Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İstifadə tarixi:9 yanvar 2015 Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir.
Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir.
Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir.
Zəmin
Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır. 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi. Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır.de Waal, Thomas (2003, 2013). Black Garden: Armenia and Azerbaijan through Peace And War. New York University Press, pp. 196-197.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.OSCE Minsk Group, 31 January-5 February 2005, Report of the OSCE Fact-Finding Mission (FFM) to the Occupied Territories of Azerbaijan Surrounding Nagorno-Karabakh (NK) (April 2005), pp. 7–8.
Ağdam şəhəri erməni qüvvələrinin hücum əməliyyatı əsnasında və sonrasında dağıdılmışdır. Ermənilər geridə qoyulan xarabalıqları belə yağmalamışdır.P. Osterlund, “After the war: Touring Azerbaijan’s reclaimed territories”, Eurasianet (22 December 2020), available at https://eurasianet.org/after-the-war-touring-azerbaijans-reclaimedterritories.
İslam Konfransı Təşkilatı
İslam Konfransı Təşkilatının 10/11 saylı qətnaməsində üzv dövlətlərin "işğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin (İslam abidələri də daxil olmaqla) talan və məhv edilməsindən" narahat olduqları bildirilir.
İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 10/37 saylı qətnaməsinin üçüncü hissəsində Azərbaycan ərazisində tarixi İslam abidələrinin məhv edilməsini pislənir. İslami müqəddəs yerlərin qorunması haqqında 2/37-C saylı qətnamənin İşğal altında olan Azərbaycan ərazilərində İslam tarixi və mədəni reliktlərinin və ziyarətgahlarının məhv edilməsi və ləkənməsi bölməsi altında üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurası Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının və etnoqrafiyasının İslam irsinin tərkib hissəsi olan qisminin Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan nümunələrinin məhvi ilə bağlı narahatlıqlarını ifadə etmişdir. Həmçinin, burada Azərbaycan ərazisində etnik təmizləmə məqsədi ilə Azərbaycan məscidlərinin və digər İslam ziyarətgahlarının tamamilə və vəhşicəsinə məhv edilməsinin insanlığa qarşı cinayət olduğu bir daha təsdiqlənmişdir. Qətnamədə Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində Ermənistanın İslam irsinə təcavüzü nəticəsində, o cümlədən nadir qədim əsərlərin və İslam sivilizasiyasının, tarix və memarlıq abidələrinin, məscidlər, türbələr, məzarlar, arxeoloji qazıntılar, muzeylər, kitabxanalar, rəsm sərgi salonları və hökumət teatrları və konservatoriyalar, çoxlu miqdarda qiymətli xəzinələrin və milyonlarla kitabın və tarixi əlyazmanın məhv edilməsi və qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması işğal olunmuş Azərbaycan ərazilərində İslam irsini tamamilə məhv etmək cəhdi kimi tanınmış və Azərbaycanın özünə vurulan ziyana görə adekvat təzminat almaq hüququ təsdiqlənmişdir. Burada həmçinin, Ermənistan Respublikasının bu cür əməllərə görə təzminat ödəmək məsuliyyəti olduğu qeyd edilmişdir.
Azərbaycan Ermənistana qarşı 2020-ci ilin sonunda həm Azərbaycan, həm də Ermənistan İkinci Qarabağ müharibəsi ilə əlaqədar bir-birinə qarşı məhkəmə işi açmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası hər iki işə baxacaq.
Azərbaycan Ermənistana qarşı məhkəmə işində iddiaçı olan Azərbaycan tərəfi 2020-ci ilə qədər məscidlər, kitabxanalar, tarixi abidələr də daxil olmaqla Azərbaycan irsinə daxil olan abidələrin erməni tərəfi tərəfindən məhv edildiyini irəli sürmüşdür. Bura Şuşa qəbiristanlıqları və mövcud olmuş 67 məsciddən (və ya İslam ziyarətgahları) 65-i daxildir. Qalan iki məscid zədələnmişdir.INTERNATIONAL COURT OF JUSTICE INTERPRETATION AND APPLICATION OF THE INTERNATIONAL CONVENTION ON THE ELIMINATION OF ALL FORMS OF RACIAL DISCRIMINATION (REPUBLIC OF AZERBAIJAN v. REPUBLIC OF ARMENIA) . APPLICATION INSTITUTING PROCEEDINGS filed in the Registry of the Court on 23 September 2021
Tarix-Memarlıq abidələri Dünya əhəmiyyətli tarix-memarlıq abidələri Dünya əhəmiyyətli tarix-memarlıq abidələri arasında ən çox ziyan çəkəni e.ə. II minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərliktəpə arxeoloji abidəsidir. 1993-cü ildən ermənilərin işğalı altında olan abidə ərazisi 2019-cu ilə kimi mütəmmadi olaraq hər il ermənilər tərəfindən yandırılmışdır.
Ağdam rayonu ərazisindəki Qutlu Musa türbəsi baxımsızlıqdan qəzalı vəziyyətə düşmüş, türbənin fasadlarını bəzəyən unikal divar rəsmləri boyanaraq məhv edilmiş, interyerindəki oyma naxışlı daş plitələri isə dağıdılmışdır. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən abidələr şəhərin 90-cı illərdə ermənilər tərəfindən bombardman edilməsi zamanı ciddi zədə almışdır. 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra burda olan İslam memarlıq nümunələrinin hamısı tamamilə və ya qismən dağıdılmışdır.
XIII əsrə aid Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birləşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edildiyinə görə dəfələrlə Azərbaycanlı hərbi birləşmələrin hücumuna məruz qalmış, monastırın fasadına qismən zərər dəymişdir. 2000–2002-ci illərdə monastırın dam örtüyü və interyerlərində ciddi təmir işləri aparılmış və ilkin memarlıq xüsusiyyətlərinə uyğun olmayan elementlər əlavə edilmişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir.
1992-ci ildə Laçın rayonunun işğal edilməsi ilə ermənilərin nəzarəti altına keçən Sisərnəvəng monastırı 1999–2000-ci illərdə əsaslı təmir edilmiş, bu zaman abidənin dam örtüyü, fasadları və interyerinə ciddi dəyişikliklər edilmişdir. 2020-ci il Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən Laçın rayonu ərazisini tərk edən ermənilərin monasıtın həyətində yerləşən VI–IX əsrlər və sonrakı dövrlərə aid bədii təsvirli daşlar və xaç daşları aparmalarını əks etdirən fotolar sosial mediada yayımlanmışdır. № Abidə Ünvan Qısa təsvir Şəkil Koordinantları 1 Qutlu Musa türbəsi Ağdam, Xaçındərbətli Hülakülərin hakimiyyəti dövründə — 1314-cü ildə Şahbənzər adlı yerli memar tərəfindən inşa edilmiş Qutlu Musa türbəsi türbəsi aktiv döyüş mərkəzlərindən uzaq olsa da, əraziyə nəzarət edən erməni əhali tərəfindən ciddi dağıntıya məruz qalmışdır. Ümumilikdə türbənin dam örtüyü və divarları saxlansa da, dekorativ elementlərinə, xüsusilə unikal fasad rəsmlərinə zərər vurulmuşdur. Belə ki, türbənin fasad rəsmləri üzərinə sprey boya ilə xaç rəsmləri çəkilmiş və müxtəlif adlar yazılmış, interyeri bəzəyən dekorativ daşyonma sənəti nümunələri isə dağıdılmışdır. 100px| 2 Gəncəsər monastırı Kəlbəcər, Vəngli 1216–1261-ci illərdə inşa edilmiş Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birləşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edildiyinə görə dəfələrlə Azərbaycanlı hərbi birləşmələrin hücumuna məruz qalmış, monastırın fasadına qismən zərər dəymişdir.Отчёт лорда Хилтона о посещении Нагорного Карабаха Gandsazar Monastery: deliberately bombed by Azeri aircraft. A monastic building was destroyed but the Church was fortunately missed 2000–2002-ci illərdə monastırın dam örtüyü və interyerlərində ciddi təmir işləri aparılmış və ilkin memarlıq xüsusiyyətlərinə uyğun olmayan elementlər əlavə edilmişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir. 100px| 3 Üzərliktəpə Ağdam, XındırıstanOrta Tunc dövrünə aid Üzərliktəpə yaşayış yeri Qafqazda ilk şəhər tipli yaşayış məskəni hesab edilir. 1993-cü ildən ermənilərin nəzarəti altında olan Üzərliktəpə abidəsi ərazisində tədqiq edilmiş kurqanlar məhv edilib, ərazi hərbi məqsədlərlə istifadə olunub və dəfələrlə yandırılıb. 4 Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu Şuşa 100px| 5 Sisərnəvəng monastırı Laçın, Hüsülü Hüsülü kənd ərazisini tərk edən ermənilər monastır ərazisindəki VI–XIII əsrlərə aid bədii tərtibatlı və oyma naxışlı qəbir daşlarını Ermənistana aparıblar. 100px|
Ölkə əhəmiyyətli tarix-memarlıq abidələri