Əbdüləziz əl-Öməri (; ) — Səudiyyə hava limanının təhlükəsizlik işçisi və 11 sentyabr terror aktları çərçivəsində Amerika Hava Yolları reys 11 təyyarəsini qaçıran beş nəfərdən biri olan imam.

əl-Öməri ABŞ-yə 2001-ci ilin iyun ayında Visa Express proqramı ilə alınan turizm vizası ilə gəldi. 11 sentyabr 2001-ci ildə Öməri Amerika Hava Yolları reys 11-ə mindi və koordinasiyalı hücumlar çərçivəsində Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpılan təyyarənin qaçırılmasına kömək etdi.

Öncəki həyatı və təhsili Əl-Ömərinin həyatı haqqında az şey bilinir və bəzi məlumatların Öməri ya da bu adla başqa bir şəxsə aid olub olmadığı aydın deyil. O, 28 May 1979-cu il təvəllüd tarixindən istifadə edirdi.

Qeyd olunur ki, orta məktəbi fərqlənmə diplomu ilə bitirmiş, İmam Məhəmməd ibn Səud İslam Universitetindən dərəcə almış, evli olmuş və hücumlardan qısa müddət əvvəl qızı doğulmuşdur.

İstinadlar

Kateqoriya:11 sentyabr terror aktları iştirakçıları