Əbu Səid Əhməd ibn Hüseyn əl-Bərdəi (; IX əsr, Bərdə – 14 yanvar 930, Məkkə) — Hənəfi fəqih.
Həyatı Mənbələrdə onun həyatı haqqında kifayət qədər məlumat yoxdur. O, Bərdə şəhərində doğulub boya-başa çatmışdır. İsmayıl ibn Həmmad ibn Əbu Hənifəyə tələbəlik etdiyi nəzərə alınsa, onun hicri III (IX) əsrdə dünyaya gəldiyini demək mümkündür.
Əbu Əli əd-Dəqqaq ər-Razi, Əbu Səhl Musa ibn Nəsr ər-Razi və Əbül-Həsən Əli ibn Musa ibn Nəsr ər-Razi kimi alimlər onun təhsil aldığı digər müəllimləridir. Əbül-Həsən əl-Kərxi, Əbu Əmr Əhməd ibn Əhməd ət-Təbəri və Əbu Tahir Məhəmməd ibn Məhəmməd ibn Süfyan əd-Dəbbas onun yerişdirdiyi görkəmli alimlərdir. Rəvayətə görə çox diqqətli və həssas bir alim olan Əbu Səid, Məhəmməd əş-Şeybaninin "əl-Camiul-kəbir"ini 300–400 dəfə oxumuş, lakin talaq və kölənin azad olunması ilə bağlı bir məsələni anlamamışdır. Özünə cavab verəcək birini tapmayan Əbu Səid, Bağdada qədər getmişdir. Bu məsələdə onu qane edəcək cavablar verən Əbu Həzm əl-Qazinin yanında dörd ilə yaxın qalaraq, ondan dərslər almışdır. Daha sonra bəzi fiqh mənbələrində ona ithaf olunaraq bu məsələ "əl-məsələtül-Bərdəiyyə" deyə adlandırılmışdır.
Həccə gedərkən Bağdad gələn Əbu Səid, burada Davud əz-Zahiri qarşılaşmış, fiqhi məsələdə onunla debat edərək, əz-Zahiri məğlub etmişdir. Zahiri məzhəbinin Bağdadda geniş vüsət alındığını görən Əbu Səid, burada məskunlaşmaq qərarına gəlmişdir. Bağdadda zahirilərin fikirləri ilə mübarizə aparmış və burada hənəfi məzhəbinin möhkəmlənməsi üçün səy göstərmişdir. Dövrünün hənəfi məzhəbinin İraqdakı lideri səviyyəsinə yüksələn Əbu Səidin, müxtəlif görüş və mülahizələri hənəfiliyin fiqh və üsuli-fiqh ədəbiyyatlarına daxil edilmişdir.
Əbu Səid, həcc üçün getdiyi Məkkədə Kəbəyə basqın edən Qərmatilər tərəfindən 10 Zilhiccə hicri 317-ci (14 yanvar 930) ildə qətlə yetirilmişdir. Əbu Səid əl-Bərdəi mənbələrdə hənəfiliyin və mötəzilliyin görkəmli nümayəndəsi kimi səciyyələndirilir.
Əsərləri Əbu Səid əl-Bərdəi mənbələrdə hənəfiliyin və mötəzilliyin görkəmli nümayəndəsi kimi səciyyələndirilir.Закир Мамедов. Азербайджанские философы и мыслители Средневековья. – Баку, 1993. O, "Məsailül-xilaf" adlı əsərin (Tunisin Zeytunə kitabxanası, köhnə № 2302, yeni № 1619) müəllifidir. Bu da onun digər məzhəbləri də dərindən bildiyini göstərir.
Həmçinin bax
Hənəfilərin siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan sufiləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı din adamları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Bərdədə doğulanlar Kateqoriya:İslam alimləri Kateqoriya:Türk din adamları Kateqoriya:Türk filosoflar Kateqoriya:Övliyalar Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər