Karl Ferdinand Braun (; ) – Almaniya elektrik mühəndisi, ixtiraçı, fiziki və Fizika üzrə Nobel mükafatı laureatı. Braun radio və televiziya texnologiyasının inkişafına əhəmiyyətli dərəcədə töhfə vermişdir: O, 1909-cu ilin Fizika üzrə Nobel mükafatını "Radioteleqrafın inkişafında verdikləri töhfələrinə görə" Qulyelmo Markoni ilə bölüşdü.
Bioqrafiya Braun Almaniyanın Fulda şəhərində anadan olub və Marburq Universitetində təhsil alıb və 1872-ci ildə Berlin Universitetindən doktorluq dərəcəsi alıb. 1874-cü ildə bir təmas nöqtəsi yarımkeçiricinin dəyişən cərəyanı yaratdığını kəşf etdi. 1895-ci ildə Fizika İnstitutunun direktoru və Strasburq Universitetində fizika professoru oldu.
1897-ci ildə ilk elektron-şüa borusu və elektron-şüa borusu osiloskopunu qurdu.Ferdinand Braun (1897) "Ueber ein Verfahren zur Demonstration und zum Studium des zeitlichen Verlaufs variabler Ströme" (On a process for the display and study of the course in time of variable currents), Annalen der Physik und Chemie, 3rd series, 60 : 552–559. Radionun inkişafı dövründə radioteleqrafiya üzərində işləmişdir. 1897-ci ildə Braun radio qabaqcılları sırasına qatıldı.Patent DRP 111788. 1989. Braun teleqrafiya mövzularında çoxlu elmi məqalə yazmışdı və "Electrician" və digər elmi jurnallara verdiyi çoxlu töhfələr sayəsində tanınmışdı.The Wireless Age, Volume 5. Page 709 – 713 . 1899-cu ildə Siqnalların səthlərə simsiz elektro ötürülməsi patentinə müraciət etdi.The Electrical engineer, Volume 23. Page 159
Braun 1905-ci ildə fazalı antena qəfəsini ixtira etdi. Nobel mükafatı mühazirəsində istiqamətlənmiş siqnalı ötürmək üçün üç antenanı necə diqqətlə düzəltdiyini izah etdi."Karl Ferdinand Braun – Nobel Lecture: Electrical Oscillations and Wireless Telegraphy" p. 239. Nobelprize.org. Nobel Media AB 2013. Web. 28 September 2013. Bu ixtira radar, ağıllı antenalar və MIMO-nun inkişafına yol açdı.
1909-cu ildə "Radioteleqrafın inkişafında verdikləri töhfələrinə görə" Qulyelmo Markoni ilə birlikdə Fizika üzrə Nobel mükafatını qazandı.
Braun Birinci Dünya müharibəsinin əvvəlində Marconi Korporasiyasının Seyvill, Nyu-Yorkda teleqrafiya stansiyasına qarşı patent iddiası ilə əlaqədar bir məhkəmədə müdafiədə şahidi olmaq üçün (ABŞ müharibəyə başlamazdan əvvəl) ABŞ-yə getdi. ABŞ müharibəyə daxil olduqdan sonra Braun nəzarət altına alındı, lakin Bruklin və Nyu-York arasında sərbəst hərəkət edə bilirdi. Braun 1918-ci ildə müharibə bitmədən əvvəl Bruklindəki evində vəfat etdi.
Həmçinin bax Radionun tarixi Eduard Brenli
İstinadlar
Xarici keçidlər
Nobelprize including the Nobel Lecture, 11 December 1909 Electrical Oscillations and Wireless Telegraphy Naughton, Russell, "Karl Ferdinand Braun, Dr : 1850 – 1918". "Karl Ferdinand Braun ". Biographies of Famous Electrochemists and Physicists Contributed to Understanding of Electricity. "Karl Ferdinand Braun, 1850–1918". (German) (English translation) The Ferdinand-Braun-Institut fuer Hoechstfrequenztechnik Berlin, Germany Alfred Thomas Story A Story of Wireless Telegraphy. D. Appleton and company 1904
Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:Radio ixtiraçıları Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:XIX əsr Almaniya fizikləri Kateqoriya:Strasburq Universitetinin müəllimləri