Leon Qlovatski (; ) — hücumçu mövqeyində çıxış edən Fransa futbolçusu və məşqçi. 1954 FİFA Dünya Kubokunun iştirakçısı.

Həyatı O, Liberkur şəhərində polyak mühacir ailəsində anadan olmuşdur. Even-Malmezon kommunasında böyümüşdür. 14 yaşından usta köməkçisi kimi çalşmışdır. Elə həmin yaşda futbol oynamağa başlamışdır. 18 yaşından Tümeri şəhərindəki neft emalı zavodunda çilingər vəzifəsində işləmişdir. Bir il sonra "Due" klubunun heyətinə qoşuldu və iki il sonra oradan "Trua"ya keçdi.

1952-ci ildə Reymsə transfer oldu və orada Raymon Kopa və Bram Appel ilə hücum üçlüyünün bir hissəsi oldu. 1953-cü ildə Lüksemburqla oyunda Fransa millisində debüt etdi, oyun 6:1 hesabı ilə "üçrəngli"lərin qələbəsi ilə sona çatdı.

1954-cü ildə millinin Dünya Kubokunda oynuyacaq oyunçuları sırasına əlavə edildi. Yuqoslaviya milli futbol komandası ilə qarşılaşmaya əsas heyətdə başladı, oyun 0:1 fransızların məğlubiyyəti ilə bitdi.

1956-cı ildə Reyms ilə ilk Çempionlar Kubokunun finalına vəsiqə qazandı.

1957-ci ildən etibarən Marsel və Sent-Etyen klublarında oynayırdı. 1960-cı ildə onunla oynamaq istəyən Raymon Kopanın təkidi ilə Reymsə qayıtdı.

Oyunçu karyerasını bitirdikdən sonra Dijon və Olimpik Avinyon klublarında məşqçilik etmişdir.

Mükafatları Reyms:

Fransa çempionu: 1952/53, 1954/55, 1961/62 Latın kuboku mükafatçısı: 1953 Çempionlar trofeyi mükafatçısı: 1955

İstinadlar

Xarici keçidlər

footballdatabase.eu-da profili

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Fransa milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Trua FK futbolçuları Kateqoriya:Reyms FK futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Sent-Etyen AS futbolçuları Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Fransa futbol məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Fransanın kişi futbolçuları