3-cü Ordu Korpusu — Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində, Azərbaycan–Ermənistan sərhədi yerləşirdi. Hazırda korpusa General mayor Bilal Çompuzov rəhbərlik edir.

Tarix Korpusun əsgərləri 2012-ci il Ermənistan-Azərbaycan sərhəd toqquşmalarında iştirak etmişdir. Gəncə Hərbi Məhkəməsi "2012-ci ilin iyun ayında Ermənistan Silahlı Qüvvələrinin beş Azərbaycan əsgərinin ölümünə səbəb olan təxribatda" günahlandırılan Azərbaycan Silahlı Qüvvələri Şəmkir Korpusunun altı komandirinə qarşı hökm çıxarır. 2012-ci il qarşıdurmaları zamanı itkilərə görə məhkəmə zabitlərə 4–5 il həbs cəzası çıxarır. 2018-ci ilə qədər 3-cü Ordu Korpusunun 707-ci Motoatıcı briqadasının qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Qazax sektorunu mühafizə etmişlər. Tovuz rayonunda 2020-ci ildə baş verən Tovuz döyüşləri nəticəsində 3-cü Korpusun Qərargah rəisi general-mayor Polad Həşimov şəhid olur. 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı korpus Azərbaycanın Qərb sektorunda toqquşmalarda iştirak edir.

Tərkibi Qərargahı (Kəlbəcər) 8-ci Motoatıcı briqada 11-ci motoatıcı briqada 12-ci motoatıcı briqada 16-cı motoatıcı briqada 19-cu motoatıcı briqada 20-ci motoatıcı briqada

Komandanları General-mayor: Fikrət Məmmədov (may 1998 – 15 may 2002) Polkovnik: Gəray Bağırov (15 may 2002-) General-mayor: Çingiz Şəfiyev (-23 fevral 2011) General-leytenant: Rövşən Əkbərov (2011-h.h.) General-mayor: Mübariz Rzayev Polkovnik: Oruc Abdullayev General-mayor:Bilal Çompuzov

İstinadlar

Kateqoriya:Azərbaycan ordu korpusları Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar