thumb|250px|Tarixi Axısqa bölgəsi bu gün Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin bir hissəsidir thumb|250px|Axısqa bölgəsinin yaşayış məntəqələri

Axısqa türkləri, həmçinin türk axısqalılar, Mesxeti türkləri və ya türk mesxetililər (; Meskhetis turk'ebi) — əvvəllər Gürcüstanın Mesxetiya regionunda, Türkiyə ilə sərhəddə yaşayan etnik Anadolu türklərinin alt qrupu. Türk tayfaları hələ XI–XII əsrlərdə bölgədə məskunlaşmışdı, lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır.

İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi.. 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər. Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir. 1990-cı ildə Ukraynaya köçənlər mövsümi işçilərin məskunlaşdığı gecəqondularda yaşayırlar.

Genetikaları Axısqa türklərinin sınaqdan keçirilmiş DNT nümunələrindən onların arasında ən çox yayılmış Y-xromosom haploqrupu J haploqrupu, ikinci yerdə Y-xromosom G haploqrupudur. Bu, Qafqaz etnik qruplarına oxşardır.

Mənşəyi Axısqa türklərinin əksəriyyəti özlərini Osmanlı köçkünlərinin nəslindən olduqlarını bildirirlər.Helmut Glück: Metzler Lexikon Sprache, 2005, p. 774 Gürcüstanameylli tarixşünaslıq ənənəvi olaraq türk dilinin Qars dialektində danışan və sünni islamın hənəfi məzhəbinə mənsub olan Axısqa türklərinin sadəcə olaraq XVI əsr və 1829-cu ildə Samtsxe-Cavaxeti regionu Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdə türkləşmiş mesxetiyalılar (gürcülərin etnoqrafik alt qrupu) olduğunu iddia etmişdir. Gürcüstan tarixçilərinin nəzəriyyəsi Axısqa türklərinin genetik olaraq gürcülərlə yaxın qohum olması faktı ilə dəstəklənir..

Antropoloq Ketrin Tomlinson 1944-cü ildə Axısqa türklərinin deportasiyası ilə bağlı sovet sənədlərində icmanın sadəcə olaraq "türklər" adlandırıldığına diqqət çəkmişdir. Bunun səbəbi islam dininə inandıqlarına görədir, çünki, təkcə onlar yox, Gürcüstanın hər bir müsəlmanı türk adlandırılırdı və onlar Özbəkistandan ikinci dəfə deportasiya olunandan sonra "Mesxeti türkləri" termini icad edilmişdir.. Ronald Viksmanın sözlərinə görə, "mesxetili" termini yalnız 1950-ci illərin sonlarında istifadəyə verilmişdir.. Həqiqətən də Axısqa türklərinin əksəriyyəti özlərini sadəcə olaraq "türk" və ya regiona istinad edərək "Axısqa türkləri" adlandırırlar. Axısqalılar bəzən orta əsrlərdə Gürcüstanda yaşamış kuman-qıpçaqlarının onların mümkün əcdadlarından biri olduğunu iddia edirlər.Yunusov, Arif. The Akhiska (Meskhetian Turks): Twice Deported People. "Central Asia and Caucasus" (Lulea, Sweden), 1999 # 1(2), p. 162-165.

Tarixi

Osmanlı imperiyası 1555-ci ildə Amasiya sülhü ilə Mesxetiya iki yerə bölünmüşdür. Regionun şərqi Səfəvilər, qərb hissəsini isə Osmanlılar əldə etmişdilər. 1578-ci ildə Osmanlılar Gürcüstanda yerləşən Səfəvi mülklərinə hücum etmişdilər və bu, 1578–1590-cı illər Səfəvi–Osmanlı müharibəsini başlatmışdır. 1582-ci ilə qədər Osmanlılar Mesxetiyanın şərq hissəsini ələ keçirmişdilər. Səfəvilər XVII əsrin əvvəllərində Mesxetiyanın şərq hissəsinə nəzarəti bərpa etmişdilər, lakin 1639-cu ildə Qəsri-Şirin sülh müqaviləsi ilə bütün Mesxetiya Osmanlının nəzarətinə keçmiş və bu, Səfəvilərin regionu geri almaq cəhdlərinə son qoymuşdur..

Sovet hakimiyyəti

31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür.

1989-cu ildə Özbəkistanda məskunlaşan Axısqa türkləri ilə yerli özbəklər arasında iğtişaşlar baş tutmuşdur.. Həddindən artıq əhalisi olan Fərqanə vadisində özbəklərlə sərvətlər uğrunda yarışan axısqalılara qarşı milliyətçi narazılıqlar qaynayırdı. Yüzlərlə Axıska türkü öldürülmüş və ya yaralanmış, 1,000-ə yaxın mülk məhv edilmiş və minlərlə Axıska türkü sürgünə qaçmışdır. Axıska türklərinin əksəriyyəti, təxminən 70,000 nəfəri Azərbaycana, qalan hissəsi isə Rusiyanın müxtəlif regionlarına (xüsusən Krasnodar diyarı), Qazaxıstan, Qırğızıstan. və Ukraynaya getmişdir.

Xocalı soyqırımı Mərkəzi Asiyada təqiblərə məruz qalan Axısqa türkləri Azərbaycana köçürülərək Xocalıda məskunlaşmışdılar. 1992-ci ildə azərbaycanlılarla birlikdə kütləvi şəkildə qətlə yetirilmişdilər.

Rusiyalı jurnalist Viktoriya İvleva Xocalı sakinlərinin, o cümlədən qadınların və uşaqların meyitləri ilə səpələnmiş küçələrin fotolarını çəkmişdir.Victoria Ivleva. The corpses of people killed during the Armenian attack in the streets of the settlement of Khojaly, Nagorno-Karabakh, February 1992. Photograph 1 , Photograph 2 O, erməni silahlıları tərəfindən əsir götürülən Xocalıdan olan Axısqa türklərini təsvir etmişdir. İvleva biri yaralı, digəri isə yeni doğulmuş 4 uşaqla izdihamın arxasına düşən Axısqa türkü qadına kömək edən zaman onu əsirlərdən biri ilə səhv salan erməni əsgəri tərəfindən vurulmuşdur.

Diaspor thumb|300px|Axısqa türkləri

1999-cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər , Qazaxıstanda 2.761 nəfər Axısqa türkü yaşayır.

2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər , Ukraynada 2001-ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər Axısqa türkü yaşayır .

İstinadlar

Xarici keçidlər Axıska türklərinin Vətəni "Bizim Axısqa" dergisi Asif Hacılı. Axısqa türkləri: Vətən bilgisi. İstanbul, 2009. Asif Hacılı. Axısqa türkləri: İnanc dünyası. Bakı, 2014 Asif Hacili. Axısqalı Aşık Molla Mehemmed Sefili Asif Hacılı. Axısqa türklernin sürgün folkloru Asif Hacılı. Axısqalı Şair Usta Mürtəz. – Bakı, 2015 Sevil Piriyeva. Axıska türkləri Azərbaycanda (tarixi, sosyal-mədəni həyatı) . Bakı: "Elm", 2005. Programme Supporting the repatriation of persons deported from Georgia in the 1940s and their descendants Axısqalılar Vakfı Resmi Web Sitesi Axısqa Türkleri Eğitim Kültür ve Sosyal Yardımlaşma Derneği Prof. Dr. Abbas Hacıyev. Adigön Türk Tiyatrosu Asif Hacılı. Axısqa türk folkloru. B., 1998. А. А. Гаджиев Ахалцихские турки. История. Этнография. Фольклор. Prof. Dr. Asif HACILI. Axısqa Türkleri Folklorunda Rus Zulmünü Anlatan Motifler Prof. Dr. Asif HACILI. Axısqa'da Sanayi ve Ticaret Prof. Dr. Asif HACILI. HATIRALARDA AHISKA YURDU-I Prof. Dr. Asif HACILI. HATIRALARDA AHISKA YURDU-2 Asif Hacılı. AHISKA TÜRKLERİNİN ÖRF VE ADETLERİ // TÜRKİYAT ARAŞTIRMALARI ENSTİTÜSÜ DERGİSİ, Sayı 1 (1994) Ahyskinskii (Meshetinskii) Turks: Twice-Deported People – in Russian (По данным ряда исследователей, к началу 1998 г. на территории бывшей СССР проживало 320–380 тыс. турок. При этом расселены они следующим образом: в Азербайджане – 100–135 тыс. чел.; в России – 65–70 тыс.; в Казахстане – 90–105 тыс.; в Кыргызстане – 30–35 тыс.; в Узбекистане – 10–15 тыс.; на Украине – 7–10 тыс. Незначительное их количество проживает и в других республиках бывшего СССР.) Axısqa Türklerinin Menşei ve Tarihi Gelişim Seyirleri — Mustafa Kalkan

Kateqoriya:Türk xalqları Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Gürcüstanda yaşayan etnik qruplar Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar Kateqoriya:Azlıqlar Kateqoriya:Qafqazda yaşayan müsəlman etnik qruplar Kateqoriya:Rusiyada yaşayan müsəlman etnik qruplar Kateqoriya:Mesxlər