Edvard Hanter Törnbull (; ) — Şotlandiya futbolçusu və məşqçi. O, "Hibernian" klubu və Şotlandiya millisinin hücumçusu idi, bundan əlavə o, klubun "Famous Five" adlı hücum xəttinin bir hissəsi idi. Oyunçu karyerasını bitirdikdən sonra, o, "Aberdin" və "Hibernian" klublarında böyük nailiyyətlər qazanaraq uğurlu məşqçi karyerası yaşamışdır.

Öncəki həyatı Törnbull İkinci Dünya müharibəsi zamanı Krallıq donanmasının heyətində idi. 2015-ci ilin noyabr ayında ona ölümündən sonra "Arctic Star" hərbi kampaniya medalı ilə təltif edildi.

Futbolçu karyerası Müharibə sona çatdıqdan sonra 23 yaşlı Eddi peşəkar futbolda debüt etdi. 1940–1950-ci illərdə o, Qordon Smit, Bobbi Conston, Lori Raylli və Villi Ormond ilə birgə "Hibernian" klubunun məşhur 5-li hücum xəttini təşkil edirdi. "Hibernian"ın heyətində onlar 5 dəfə Şotlandiya çempionatının qalibi olmuşdular. 1955-ci ildə isə o, Avropa klub yarışlarında qol vuran ilk Britaniyalı oldu.

Şotladniya millisinin heyətində o, 9 dəfə çıxış etmiş və 1958 FİFA Dünya Kubokunda oynamışdır.

Məşqçi karyerası 1965–1971-ci illər ərzində o, "Aberdin" klubunu çalışdırmışdır və onunla 1969–70 Şotlandiya kubokunun qalibi olmuş və 1970–71 mövsümündə Şotlandiya liqasında ikinci yeri tutmuşdur. Daha sonra o, "Hibernian"a qayıdaraq 1972–73 Şotlandiya Liqa Kubokunu qazandı. O, həmçinin Edinburq derbisində rəqib "Hart of Midltoian" klubuna 7–0 hesablı sarsıdıcı məğlubiyyət yaşatmışdır.

Törnbull 30 aprel 2011-ci ildə, 88 yaşında vəfat etdi. "Hibernian"ın sədri Rob Petri Törnbulldan çox kluba kimsənin daha böyük qatqı vermədiyini bildirmişdir.

Nailiyyətləri

Oyunçu kimi Hibernian

Şotlandiya liqası: 1947–48, 1950–51, 1951–52

Məşqçi kimi Aberdin

Şotlandiya kuboku: 1969–70

Hibernian

Şotlandiya Liqası kuboku: 1971–72 Draybro kuboku: 1972, 1973

Karyera statistikası

Millinin heyətində +Milli komanda və illərə görə oyun və qol sayıEddie Turnbull at the Scottish Football AssociationMilli komandaİlOyunQolŞotlandiya194830195010195850Cəmi90

Məşqçi kimi

KlubBaşlanğıc iliSon ilNəticələrOQHHMQələbə % Kuinz Park FKQueen's Park manager Turnbull, Eddie , FitbaStats19631965 AberdinAberdeen manager Turnbull, Eddie , FitbaStats19651971 HibernianHibernian manager Turnbull, Eddie , FitbaStats19711980 Cəmi

İstinadlar

Biblioqrafiya

Törnbull Törnbull Törnbull Törnbull Törnbull Törnbull Törnbull Törnbull Törnbull Törnbull Törnbull Törnbull Kateqoriya:Şotlandiyanın kişi futbolçuları Kateqoriya:Birləşmiş Futbol Assosiasiyası məşqçiləri