İbrahim Şakman oğlu Mammeyev () — balkar dramaturq və şair. KBMSSR əməkdar artisti. SSRİ Yazıçılar İttifaqının üzvü.

Haqqında Mammeyev İbrahim Şakman oğlu 1919-cu ildə Gündələn kəndində anadan olub. Ali təhsilini Rusiya Dövlət Teatr Sənəti İnstitutunda alıb. 1939-cu ildən etibarən Balkar Dövlət Teatrında fəaliyyət göstərib. Daha sonra İkinci Dünya Müharibəsində, Berlinin və Polşanın alınmasında iştirak edib. Müharibə bitdikdən sonra 1946-cı ildə ailəsi bütün balkarlar kimi sürgün edildiyinə görə Qırğızıstana gəlir. Balkarlar bəraət qazandıqdan sonra 1956-cı ildə öz vətəninə geri dönüb. Əvvəlcə "Kommunizmge jol" (Kommunizmə gedən yol) qəzetinin redaksiyasında fəaliyyət göstərib balkar teatrı bərpa edildikdən sonra isə ömrünün axırına qədər burada fəaliyyət göstərir.

Hələ gənc ikən Mammeyev şeirlər və balladalar yazırdı. 1958-ci ildə onun "Kosa" adlı şeirlər toplusu nəşr edildi. Lakin ona məşhurluq gətirən dramaturgiya oldu. O, balkar teatrının milli repertuarını yaradanlardan biridir. Tarixdən süjetlər və balkar xalqının müasir dövrünə aid "Toydan sonra", "Şamay qəsri", "Feodal", "Görən sevgi" pyeslərini yazıb. Bundan başqa o bir çox klassiklərin əsərini balkar dilinə çevirib. İbrahim Mammeyev 17 oktyabr 2004-cü ildə vəfat edib.

Mükafatları 50px — "Qırmızı Ulduz" ordeni 50px — 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni 50px — "Şərəf nişanı" ordeni 50px — "Döyüş xidmətlərinə görə" medalı 50px — "1941-1945-ci illər Ikinci Dünya Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı 50px — "Varşavanın azad edilməsinə görə" medalı 50px — "Berlinin alınmasına görə" medalı

Xatirəsi 2013-cü ildə Nalçikdə yerləşən Quliyev küçəsində 21 nömrəli evin üzərində İbrahim Mammeyevə həsr edilmiş memorial lövhə quraşdırılıb.

Həmçinin bax Balkarlar Mutay Ulbaşov

İstinadlar

Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XXI əsr dramaturqları