Canaqayıt Zaliyxanlanı (: 8 noyabr 1917, Gündələn, Nalçik dairəsi ― 26 iyun 1995, Nalçik, Kabarda-Balkariya) ― balkar yazıçı və şair.

Haqqında Canaqayıt Zaliyxanlanı 1917-ci ildə Gündələn kəndində kəndli ailəsində anadan olub. 1941-ci ildə Sov. İKP Nalçik şəhər komitəsinə rəhbərlik edib. İkinci Dünya müharibəsində iştirak edərək, partizan dəstəsinə rəhbərlik edib. 1944-cü ildə bütün balkar xalqı deportasiya edildiyi üçün 1957-ci ilə qədər o da deportasiya edilərək Qırğızıstanda yaşamağa davam edib. Sürgündə olduğu müddətdə Bişkekdə yerləşən Qırğız Pedaqoji İnstitutunda filologiya fakültəsini bitirib. 1957-ci ildə geri dönməyə icazə verildikdən sonra Nalçikə qayıdıb və ömrünün sonuna qədər burada yaşayıb. 26 iyun 1995-ci ildə Nalçikdə vəfat edib. .

Yaradıcılığı Onun ilk əsərləri 1936-cı ildə çap edilib. "Sülemen" poeması, "Menim auazım" (Mənim səsim) və "Syugen jurtum" (Sevimli vətənim) şeirlər toplusu da onun əl işləridir. Bundan başqa o, "Şuöx yuyyur", "Taulada" (Dağlarda) povestləri və "Jannqan jyurekle" (Yanan ürəklər),"Tau kuşla" (Dağ qartalları) romanlarını yazıb.

Mükafatları 50px — 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni 50px — "Şərəf nişanı" ordeni 50px — "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Həmçinin bax İssa Botaşlanı Mutay Ulbaşov İbrahim Mammeyev

İstinadlar

Kateqoriya:Balkar yazıçılar Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları