thumb Çeymbers küçəsi () ― Nyu-York şəhərinin Manhetten borosunda yerləşən küçə. O, qərbdən Betteri Park Siti kvartalındaki Rivə Terras küçəsindən başlayaraq PS 234 (İstiqlal Məktəbi) və Stayvesant məktəbindən keçir və şərqdəki Mərkəzi küçədə yerləşən Manhetten Bələdiyyə Binasında bitir. Brodvey və Mərkəzi küçənin arasında Çeymbers küçəsi Nyu-York bələdiyyə binası və Tvid ədliyyəsini əhatə edən ərazilərin şimal sərhədini təşkil edir. Tvid ədliyyəsi ilə üzbəüz Manhettenin Suroqat ədliyyəsi yerləşir. 280 Brodvey Mərmər Sarayı oradan qərbdə, palataların şimal tərəfindədir.

Tarixi Çeymbers küçəsi vəkil Con Çeymbersin şərəfinə adlandırılıb, hansı ki 38 il keşişi (1726–1757) və nəzarətçisi (1757–1765) olduğu Manhettendəki Üç Üqnum kilsəsinin vacib prixodçu idi; onun atası Uilyam Çeymbers idi, həyat yoldaşı isə Anna Van Kortlandt idi. Con Cey Çeymbersin qardaşı oğlu idi. Çeymbersin hüquqşunas tərədaşı Con Mürreyin şərəfinə qonşuluğdaki küçə adlandırılmışdır.

1971-ci ilə qədər Çeymbers küçəsi Mərkəzi küçənin şərqindən Nyu Çeymbers adını daşıyırdı və bələdiyyə binasının tağından keçirdi. Ən axırıncı konfiqurasiyadan sonra Nyu Çeymbers küçəsi Park Rou, Bruklin körpüsünün çıxışı və Dueyn küçəsinin kəsişməsindən qərb istiqamətində nəqliyyat hərəkətini təmin edirdi. 1971-ci ildə küçə 1 Polis Plazasında piyada meydanının inşasına yol açmaq üçün bağlandı. 1971-ci ildə 1 Polis Plaza piyada meydanının inşasına yer etmək üçün küçə bağlandı. Dueyn küçəsi də bağlandı və Park Rou ilə yolayrıcı ləğv olundu, Park Rounun özü isə piyada meydanına çevrildi.

2010-cu ildən Çeymbers küçəsində yenidənqurma işləri aparılmağa başlandı və 2015-ci ildə bitdi.Lower Manhattan : Chambers Street Reconstruction

İctimai nəqliyyat Nyu-York metropoliteninin Çeymbers küçəsində 3 stansiyası yerləşir:"Subway Map " (PDF). Metropolitan Transportation Authority. October 21, 2019.

Chambers Street–World Trade Center (IND Eighth Avenue Line) — Çörç küçəsində yerləşir və A, ​C və ​E marşrutrlarına xidmət edir Chambers Street (BMT Nassau Street Line) — Mərkəzi küçədə yerləşir və J/Z marşrutrlarına xidmət edir Chambers Street (IRT Broadway–Seventh Avenue Line) ― Vest Brodvey küçəsində yerləşir və 1, 2 və 3 marşrutrlarına xidmət edir

İstinadlar

Xarici keçidlər

Chambers Street: A New York Songline

Kateqoriya:Manhetten küçələri Kateqoriya:Aşağı Manhetten