Luka Toni ( ;) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub.
Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur.
Karyerası Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi.
Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır. O, vurduğu qollarla, 2003-cü ildə komandaya A Seriyasına yüksəlməsinə kömək etdi. 2003/04 mövsümündə B Seriyası çempionluğunu qazanaraq, 30 qolla liqanın bombardiri oldu. Növbəti mövsümdə o, A Seriyasında 20 qol vuraraq klubun Avropaya vəsiqə qazanmasına kömək etdi.
2005-ci ildə "Fiorentina" klubuna keçir. "Fiorentina" ilə iki məhsuldar mövsümdən sonra Toni növbəti üç mövsümu Almaniyanın "Bayer Münhen" komandasında keçirdir.
2007-ci ildə "Bayer Münhen"ə yerli trebl əldə etməyə kömək etdi. 2007–08 mövsümündə də UEFA Kubokunda yarı finala yüksəlir. Komanda ilə keçirdiyi üçüncü mövsümüdə klubun məşqçisi ilə mübahisə etdikdən və ehtiyat heyətə salındıqdan sonra o, 2010-cu ildə "Roma" icarəyə verilir.
2010-cu ildə "Cenoa" klubuna transfer edilir. 2011-ci ildə isə "Yuventus" klubuna keçir.
2012-ci ildə o, BƏƏ Ərəb Körfəz Liqasında "Al-Nasr Dubai SC"də oynadı, lakin həmin ilin sonunda bir mövsüm üçün keçmiş klubu "Fiorentina"ya qayıtdı.
Karyerasında sonuncu klub olan "Hellas Verona" ilə üç mövsüm keçirdikdən sonra 2016-cı ildə karyerasını bitirir.
Karyera statistikası
Klub KlubMövsümLiqaÖlkə kubokuQitəToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolModena1994–95C1 Seriyası93––931995–96C1 Seriyası255––255Modena toplam348––348Empoli1996–97B Seriyası3100–31Fiorenzuola1997–98C1 Seriyası26242–304Lodiyani1998–99C1 Seriyası311521–3316Trevizo1999–2000B Seriyası351541–3916Viçentsa2000–01A Seriyası31920–339Breşiya2001–02A Seriyası2813412034142002–03A Seriyası16200–162Breşiya toplam441541205016Palermo2003–04B Seriyası453020–47302004–05A Seriyası352011–3621Palermo toplam805031–8351Fiorentina2005–06A Seriyası383142–42332006–07A Seriyası291600–2916Bayer Münhen2007–08Bundesliqa312445111046392008–09Bundesliqa2514218335182009–10Bundesliqa40212081Bayer Münhen toplam60388721138958Bayer Münhen II2009–103. Liqa20000020Roma2009–10A Seriyası1552000175Cenoa2010–11A Seriyası16324–187Yuventus2010–11A Seriyası14210001522011–12A Seriyası0000–00Yuventus toplam1421000152Al Nasr2011–12BƏƏ PRO Liqası832230135Fiorentina2012–13A Seriyası27810–288Fiorentina toplam945552–9957Verona2013–14A Seriyası342021–36212014–15A Seriyası382211–39232015–16A Seriyası23621–257Verona toplam954853–10051Karyerasında toplam58626844242613658306
Əlaqəli keçidlər İtaliya A Seriyası bombardirləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:Viçentsa FK futbolçuları Kateqoriya:Palermo FK futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Ellas Verona FK futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:BƏƏ Pro Liqası futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:2009 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:BƏƏ-də legioner futbolçular Kateqoriya:Fiorensuola FK futbolçuları Kateqoriya:Breşiya FK futbolçuları Kateqoriya:Modena FK futbolçuları Kateqoriya:Askoli FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri