Mərkəzi Ordu İdman Klubu və ya qısaca MOİK — Azərbaycanın futbol klubu. Azərbaycan I divizionunda çıxış edir.
Tarixi OİK (Ordu İdman Klubu) klubu 1961-ci ildə Bakı şəhərində əvvəllər KKF Bakı və DO Bakı adlanmış futbol klubunun bazasında yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Ordu İdman Klubu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibinə verilib.
Adlandırma xronologiyası:
? – 1949: KKF Bakı
1950–1960: DO Bakı
1961–1992: SKA Bakı
1992–2001: OİK Bakı
2001 – indiyədək: MOİK Bakı
SSRİ Futbol Liqasında heç vaxt iştirak etməyən klub SSRİ Kubokunda yalnız 1 dəfə iştirak edib.
Klub Azərbaycan SSR Liqasında 4, Azərbaycan SSR Kubokunda 8 dəfə qalib olub. 1993-cü ildə Azərbaycan Birinci Liqasında yer alıb. 1995-ci ildə isə ilk dəfə Yüksək dəstədə mübarizə aparıb. 2 dəfə Azərbaycan Birinci Liqasında qalib olmuş klubun Yüksək liqalardakı ən yüksək nəticəsi 2001-ci ildə 7-ci yer olub. 2003/04 mövsümünün startında klub adını dəyişərək Mərkəzi Ordu İdman Klubu (MOİK) adı altında çıxış etməyə başlayıb.
Uğurları Azərbaycan SSR Liqası: Qalib (4) — 1962, 1968, 1970, 1979 Azərbaycan SSR Kuboku: Qalib (8) — 1962, 1963, 1969, 1970, 1973, 1974, 1976, 1978 Azərbaycan Birinci Liqası: Çempion (2) — 2000–01, 2018–19 İkinci (3) — 1994–95, 2007–08, 2009–10
Azərbaycan Çempionatında və Kubokunda
Mövsüm Liqa Yer O Q H M VQ BQ XalKubok1993–942-ci41814223912301/161994–952-ci22822246821461/161995–961-ci92051141643161/161996–971-ci113076172650271/161997–981-ci72612773929431/81998–991-ci932811132836351/81999–001-ci122233161141121/162000–012-ci12216516717531/42001–021-ci730124163043341/82003–041-ci82678112532291/42004–051-ci153479182434301/42005–061-ci13262321136791/162006–072-ci91843112237151/162007–082-ci22013523117441/162008–091-ci14261223126451/82009–102-ci22215254825471/162010–111-ci123246221455181/162011–122-ci13267415344425işt. etməyib2012–132-ci5241167392839işt. etməyib2013–142-ci123078153756291/162014–152-ci123085172660291/82015–162-ci42614575324471/162016–172-ci7136343217211/162017–182-ci41/16
Həmçinin bax
Mərkəzi Ordu İdman Klubu (İK)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1961-ci ildə Azərbaycanda yarananlar