Kolas Yakub () — belarus yazıçısı, şair, dramaturq, tərcüməçi, siyasətçi, tənqidçi.
Həyatı Kolas Yakub 3 noyabr 1882-ci ildə Belarusiyanın Akinçitsı xutoru, indiki Minsk vilayətində meşəbəyi ailəsində anadan olmuşdur. O, Nesvijsk müəllimlər seminariyasını bitirmiş və 1915-ci ildə orduya çağırılmışdır.
Əmək fəaliyyəti Kolas Yakub 1928-ci ildən ömrünün sonuna qədər BSSR EA-nın prezident müavini vəzifəsində çalışmış, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur.
Yaradıcılığı Kolas Yakub 1906-cı ildən bədii yaradıcılıqla məşğul olmağa başlamış, müasir belorus ədəbiyyatının banilərindən biri kimi tanınmışdır. Ədib müasir belorus ədəbiyyatının yaranması, sosialist məzmunlu, milli formalı sovet belorus mədəniyyətinin inkişafı, ədəbi dilin çiçəklənməsi uğrunda böyük xidmət göstərmişdir. O, "Taras Quşça", "Tamaş Bulava", "Yakub Kolas" imzaları ilə əsərlər yazmış və bir şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmışdır. Yakub Kolasın 1910-cu ildə "Şikayət nəğmələri" adlı şeirlər məcmuəsi, 1912-ci ildə bədii nəsrini əhatə edən "Hekayələr" və 1914-cü ildə "Doğma surətlər" adlı kitabları işıq üzü görmüşdür.
Şairin bioqrafik xarakter daşıyan əsərləri 1907-ci ildə "Bunt", 1910-1923-cü illərdə "Yeni torpaq" poeması, 1923-cü ildə "Polesyenin ucqarlarında", 1927-ci ildə "Polesyenin dərinliklərində", 1954-cü ildə "Yol ayrıcında" adlı trilogiyasında öz əksini tapmışdır. Yazıçının "Yeni torpaq" poeması XIX əsr kəndli həyatının ensiklopediyası adlandırılır. Yakub Kolas həmçinin geniş epik əsərlər müəllifi kimi şöhrət qazanmışdır. O, 1912-ci ildə yazmağa başladığı "Çalğıçı Simon" əsərini 1927-ci ildə tamamlamışdır. Həmin əsər sovet hakimiyyəti illərində məşhur olmuşdur.
Şairin "Bizim günlər" adlı şeirlər məcmuəsi 1937-ci ildə işıq üzü görmüşdür. Eyni zamanda ədibin Böyük Vətən müharibəsi dövründə bir sıra şeir kitabları çap olunmuşdur: "Seçilmiş şeirlər" (1942), "Torpağın səsi" (1943). Yakub Kolasın əsərləri Azərbaycan dili ilə yanaşı, SSRİ xalqları dillərinə və xarici dillərə tərcümə edilmişdir.
Ölümü Konstantin Mixayloviç Mitskeviç 13 avqust 1956-cı ildə Minsk vilayətində vəfat etmişdir.
Mükafatları 1926-cı ildə Xalq şairi fəxri adına layiq görülmüşdür. Beş dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur.
İstinadlar
Ədəbiyyat Düşmənlərə; İnanmayın; Biz qalib gələcəyik; Nəğməkara; Əmək olsun; Meşə; Balıqçının daxması; Yeni üfüqlərə doğru: (Şeirlər) /Yakub Kolas /Tərc. ed.: Ağacavad Əlizadə //Azərbaycan.-1972.-№4.-S.164-167. Xəlilov, Ə. Böyük xalq nəğməkarı: Yakub Kolas100 /Əmirxan Xəlilov //Kitablar aləmində.-1982.- №4.-S.24 Xəlilov, P. Kolas Yaqub//Xəlilov P. SSRİ xalqları ədəbiyyatı: dərslik.- Bakı, 1968.- Kitab 2.- S.184-193. Колас, Я. Собрание сочинений: В 4-х т. Пер. с. белорус. /Якуб Колас; pедкол.: С.Баруздин и др.- М.: Худож. Лит., 1982.-T.1.-590 с. Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Belarus şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Belarus yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Belarus aktivistləri