Qara Mustafa Paşa (ö. 1626) — I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.Sicill-i Osmani IV, səh. 171

Həyatı Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Əndərunda yetişdikdən sonra sarayda bərbər olaraq çalışmışdır. Ardından Sultan Mustafa səltənətində baş miraxur, 1623-cü ildə isə yeniçəri ağası təyin edildi.1623-cü ildə qısa müddətliyinə Misir bəylərbəyi oldu. Ardından 1624-cü ildə vəzir rütbəsi alaraq yenidən Misir bəylərbəyliyinə yüksəldi. 1625-ci ildə İstanbula gəldi və Sultan Əhmədin qızı Fatma Sultanla nigahlandı. Ancaq Misir əhalisindən gələn şikayətlərin ardından 1626-cı ildə Sultan Murad tərəfindən edam edildi.

Mənbə

Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.

İstinadlar

Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı imperiyasında edam olunanlar Kateqoriya:Osmanlı paşaları