İlham Əzizağa oğlu Zəkiyev () — Azərbaycan paralimpiyaçı cüdoçu, üçqat Paralimpiya Oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007, 2010) və səkkizqat Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015, 2017, 2022), 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Birinci Qarabağ müharibəsi qazisi.
"Şöhrət" ordeni kavaleri (2 dəfə) və "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. "Vətənə xidmətə görə" ordeni tam kavaleri. 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olub. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev snayperlə başından vurulduqdan sonra görmə qabiliyyətini itirmiş və bundan sonra cüdo ilə ciddi məşğul olmuşdur.
Həyatı
Uşaqlıq və yeniyetməlik illəri thumb|left|250px|Əhməddin Rəcəblinin başçılığı altında İlham Zəkiyev ikiqat Paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu olmuşdur.
İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisi olan Əzizağa Zəkiyevin ailəsində anadan olub. Ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var. Sumqayıt şəhərinin 5 saylı orta məktəbinin məzunudur.Nəsillərə örnək azpress.az . Məktəbli olarkən ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub. İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olurdu. Onun sayəsində İlhamın da idmana həvəsi yaranmışdı.
1995-ci ildən Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur.Э. Алиев. Медаль, которая может вернуть зрение : газета. — Эхо, 2004. — № 173.
1998-ci ilin iyun ayında Azərbaycan kubokunun qalibi oldu. Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırdı. Lakin Moskvadakı olimpiadaya getmək ona müyəssər olmadı. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırıldı və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başladı.
Hərbi xidmət və görmə qabilliyətinin itirilməsi Beyləqan rayonunun Daşburun stansiyasında əsgərləri mövqelərə bölüşdürəndə, onun komandiri Zəkiyevi fiziki görünüşünə və idman göstəricilərinə görə öz yaşıdlarından seçildiyi üçün "N" saylı kəşfiyyat taburuna göndərdi. O, yeddi ay orduda nümunəvi xidmət edərək, fəxri fərmanlar almışdır.
1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxmışdı. O, beş gün koma vəziyyətində qalır və həkimlər onun öləcəyini bildirirlər. Beşinci gün İlham rayon xəstəxanasında, anasının səsini eşidib özünə gəlir. Lakin gözlərini açanda, heç nə görmür. O, görmə qabiliyyətini itirmişdi. İlhamın anası xatırlayır:
O, evinə I qrup Qarabağ əlili kimi döndü.
Dörd illik fasilə Zəkiyev 19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşür. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir fantaziya kimi qəbul edilə bilərdi. Buna baxmayaraq İlham idmana yenidən qayıtmaq üçün yollar arayırdı:
2002-ci ildə o, Gənclər və İdman naziri Əbülfəz Qarayev ilə görüşür. Nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına köməklik edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.
Böyük idmana qayıdışı və sonrakı karyerası
2000-ci illər thumb|İlham Zəkiyev 2004 Yay Paralimpiya Oyunlarında
O, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlamışdır. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxmışdır. O, püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışdı və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub oldu. Buna baxmayaraq, İlham Zəkiyev təsəlliverici görüşlərdə qalib olaraq bürünc medala sahib oldu və 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazandı.
İlham Zəkiyev Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu idi. Onun Afinada ilk qarşılaşdığı idmançı, Kvebekdəki yarışmada məğlub olduğu kubalı dünya çempionu oldu. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib yarımfinala qalxdı. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub etdi. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları Çempionu adını qazandı.
Bir ildən sonra isə Niderlandda keçən Avropa Çempionatının final yarışmasında Fransanı təmsil edən Julien Torini məğlub edərək Avropa çempionu oldu. 2006-cı ildə Fransada keçirilən Dünya Çempionatında bürünc medal qazandı. 2007-ci ildə Bakıda keçirilən Dünya Çempionatında yenə də qalib oldu. Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışmasında qızıl medala layiq görülüb.
2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub etdi.
2010-cu illər left|thumb|241x241px|Zəkiyev Londonda keçirilən Yay Paralimpiya Oyunlarında. 2 sentyabr 2012-ci il 2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olub. 2013-cü ildə altıncı dan qara kəmərə sahib olub. Həmin il Londonda keçirilən Paralimpiya oyunlarında ilk görüşündə Heydər Heydərovla qarşılaşıb və ona heç bir şans verməyib. Növbəti — 1/4 finalda Zəkiyevin rəqibi yaponiyalı Kento Masaki olub. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılıb. Nəticədə Zəkiyev təsəlliverici görüşlərə qatılıb və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medalla kifayətlənib.
2015 Avropa Oyunlarının açılış mərasimində məşəl yandırmışdır. 2015-ci ildə birinci Avropa Oyunlarında Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı yazdı. O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2015-ci ilin idman laureatları arasında "İlin idmançısı" arasında ikinci yerə layiq görülüb.
Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını yığmanın kapitanı İlham Zəkiyev aparıb. O, həmin vaxt milli geyimdən istifadə edib. Geyimin müəllifi Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır. Mübarizəyə qoşulan Zəkiyev ilk görüşündə özbəkistanlı Adilxan Tuledibayevlə qarşılaşdı. Görüşün son dəqiqələrində İlham Zəkiyev tətbiq etdiyi fəndin əksinə düşərək ipponla gözlənilmədən məğlub oldu. Adilxan Tuledibayev yarımfinalda yaponiyalı Kento Masakini görüşün başlanğıcında ipponla məğlub edib finala yüksəldiyi üçün Zəkiyev təsəlliverici qrupda mübarizə apardı. Qrupun ilk görüşündə ABŞ nümayəndəsi Benjamin Qoodriçi ippon, 2-ci görüşündə isə Birləşmiş Krallıq cüdoçusu Cek Hocsonu yuko xalı tətbiq edərək məğlub etdi və həlledici görüşə adladı. Bürünc medal uğrunda mübarizədə İlham Zəkiyev Yenqalini Ximenez ilə üz-üzə gəlsə də, təzyiqinin aşağı düşməsi, əlinin və dizinin zədəli olması Zəkiyevi bu görüşdə məğlub etdi. Ximenez yuko xalı ilə bürünc medal uğrunda mübarizənin qalibi oldu. Nəticədə cüdoçu, 2016 Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərdi.
2020-ci illər 2024-cü ildə Zəkiyev Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edib. O, J1 kateqoriyasında +90 kiloqram çəki dərəcəsində mübarizə apararaq bürünc medal qazanıb.
Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə İlham Zəkiyevə XVII Yay Paralimpiya Oyunlarında üçüncü yeri tutduğuna görə 50 000 manat, məşqçisinə isə 25 000 manat pul mükafatı verilmişdir. Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Təhsili İlham Zəkiyev 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnmişdirİlham Zəkiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olub . azertag.az, 28.10.2016 , 2008-ci ildə isə həmin Ali Təhsil ocağında maqistr dərəcəsinə yiyələnmişdir. 2024-cü ildən yenə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında doktorant kimi təhsilinə davam edir.
Şəxsi həyatı 2005-ci ildə ailə həyatı qurub. Toy ərəfəsində ölkə prezidenti İlham Əliyev ona məktub göndərmiş və toydan sonra Zəkiyevə avtomobil hədiyyə etmişdir. Üç övladı var: iki oğul, bir qız.
Bakının "Neftçi" klubunun sadiq azarkeşidir. 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı "İşıqlı Zülmət" filmini çəkilmişdir. İlham Zəkiyev dindar müsəlmandır və gündəlik namaz ibadətini yerinə yetirir. 2015-ci ildə Məkkədə Həcc ziyarətində olub. 2015-ci ildən BP-nin idman elçisidir.
Beynəlxalq müsabiqələrdə finala yolu MüsabiqəYer və vaxtİlkin round1/41/2FinalRəqibNəticəRəqibNəticəRəqibNəticəRəqibNəticə2004 Yay Paralimpiya OyunlarıAfina17–28 sentyabr Rafael Torres Pompaqal. 1001 / 0001 (1:20) Fermin Kampos Arisaqal. 0010 / 0000 (0:32) Yan Rouzqal. 1000 / 0000 (1:02)2005 Avropa ÇempionatıVladringen2–3 aprel Julien Torinqal.2007 Avropa ÇempionatıBakı17–21 may Aleksandr Parasyukqal. 1000 / 0000 Qabor Pappqal. 0200 / 0000 Julien Torinqal. 0200 / 00002007 Dünya oyunlarıSan Paolo28 iyul — 8 avqust Van Sunqal. Julien Torinqal. Greg Düvalqal. Yanqolini Ximenesqal.2008 Yay Paralimpiya OyunlarıPekin7–9 sentyabr Julien Torinqal. 1000 / 0000 Pak Cun Minqal. 1000 / 0001 Van Sunqal. 1000 / 00002009 Avropa ÇempionatıDebreçen3–4 iyul Aleksandr Parasyukqal. 1110 / 0010 Tibor Veqqal. 1000 / 0000 Konstantin Kapitonovqal. 1000 / 00002010 Dünya Cüdo ÇempionatıAntalya25–29 mart Uilyam Morqanqal. 1000 / 0000 Yanqolini Ximenesqal. 1000 / 0000 Qabor Pappqal. 1000 / 0000 Həmzə Hadriqal. 1000 / 00102011 Dünya oyunlarıAntalya1–10 aprel Heydər Heydərovqal. 1000 / 0000 Toni Uolbiqal. 1000 / 0000 Həmzə Hərkatqal. 1000 / 0000 Kento Masakiməğ. 0000 / 10002011 Avropa ÇempionatıKrouli18–20 noyabr Heydər Heydərovqal. 101.3 / 010.2 Qabor Pappqal. 100.0 / 000.0 Julien Torinqal. 100.0 / 000.2013 Avropa ÇempionatıEger4–5 dekabr Heydər Heydərovqal. 100 / 00 Aleksandr Parasyukqal. 20.0 / 00.12015 Dünya Cüdo ÇempionatıEger20–22 fevral Qarrax Əl-Budrqal. 100 / 000 Aleksandr Parasyukпоб. 100 / 000 Kento Masakiqal. 100 / 0002015 Avropa OyunlarıBakı26 iyun Klimis Papaxristosqal. 100 / 000 Aleksandr Pominovqal. 100 / 0002015 Avropa ÇempionatıOdivelaş27–28 noyabr Cek Consonqal. 100 / 000 Heydər Heydərovqal. 111 / 000
Finalda qələbə Finalda məğlubiyyət
Təltif və mükafatları thumb|280x280px|Azərbaycan Prezidenti İlham Əliyev Zəkiyevi Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edərkən. 23 sentyabr 2016 İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da "Şöhrət" ordeninə; 2009-cu ilin mart ayının 5-də "Əməkdar idman ustası" adına; 2012-ci ildə "Tərəqqi" medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb. 2016-cı ildə İlham Zəkiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Uğurları Cüdo üzrə Sumqayıt çempionu Cüdo üzrə Gənclər arasında Azərbaycan çempionatının mükafatçısı