Bir xalanın sirri — tammetrajlı bədii filmi rejissor Emil Quliyev tərəfindən 2018-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. "Bir xalanın sirri" macəra komediyası "Bozbash Pictures" qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Misgərli ifa edirlər.
Məzmun Hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şöşü toya iki gün qalmış təzə kürəkəni də götürüb öz qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər hoteldə açırlar. Bundan sonra qəhrəmanlarımız hərəsi bir yerdə bir vəziyyətdə aşkar olunur.
Filmin üzərində işləyənlər Rejissor: Emil Quliyev İdeya: Ənvər Abbasov Ssenaristlər: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov, Tərlan Nur Yaşar Operator: Dmitriy Suvorov Baş prodüser: İlkin Həsəni, Cəfər Axundzadə Montaj: Rəhimov Əsgər
Rollarda İlkin Həsəni — Şəmi Ramil Babayev — Şöşü Elşən Orucov — Fəlakət Nicat Rəhimov — Şirin Azər Baxşəliyev — Ağsaqqal İlkin Misgərli — Qılman Şahmar Qəribli Yasin Qarayev Beyrək Rüstəmov Gülzar Əşrəfova — Şöşünün bacısı Kübra Hüseynova
Kateqoriya:2018-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri