Ukraynanın İsveç səfirliyi () — Ukraynanın İsveçin Stoholm şəhərində yerləşən səfirliyi.

Vəzifələri Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.

Tarixi 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.

1991-ci il yanvarın 12-də Ukrayna və İsveç dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın İsveç səfirliyi yaradıldı.

Ukraynanın İsveçdə olan fövqəldə və səlahiyyətli səfiri Andrey Plaxotnyuxdur. O, 2020-ci ildən bu vəzifədədir.

İstinadlar

Kateqoriya:Ukraynanın diplomatik nümayəndəlikləri