Belyayev Yevgeni Aleksandroviç () — Tarix elmləri doktoru, Birləşmiş Ərəb Əmirliyi Elmlər Akademiyasının fəxri üzvüdür.

Həyatı Yevgeni Belyayev 1922-ci ildə Moskva Şərqşünaslıq İnstitutunu bitirmişdir.

1924-cü ildən bu institutda, sonralar isə SSRİ Xarici Dillər İnstitutunda və SSRİ Xarici İşlər Nazirliyinin Ali diplomatik məktəbində dərs demişdir.

1945-1955-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda yaxın və Orta Şərq ölkələrinin tarixi kafedrasının müdiri olmuşdur.

1951-ci ildən SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisidir.

Əsərləri Müsəlman təriqətləri (tarixi oçerklər). B., 1958; Arabı, islam i arabskiy xalifat v rannee srednevekovğe. M., 1965; Arabs, Islam and the Arab caliphate in the early middle ages. L.,1969. N.Y., 1969.

İstinadlar

Kateqoriya:Moskva Şərqşünaslıq İnstitutunun məzunları Kateqoriya:SSRİ ərəbşünasları Kateqoriya:REA Şərqşünaslıq İnstitutunun alimləri Kateqoriya:İslam tarixçiləri