Osman Ərbaş (; ) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant.

Həyatı Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu.

Ailəsi Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir.

Hərbi xidməti Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir.

Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.

15 İyul çevriliş cəhdi zamanı şəhid olan polis və əsgərlərin dəfnində etdiyi nitqdə çevrilişçilərə reaksiya göstərərək:

demiş və şəhid ailələrini qucaqlayıb təsəlli etmişdir.

General-leytenant Osman Ərbaş YAŞ qərarı ilə Elazığ 8-ci Ordu Korpusu komandirliyinə təyin edilmişdi.

General-leytenant Ərbaş təxminən 5 ildir, Elazığ 8-ci Ordu Korpusu komandirliyini icra edirdi. Ərbaşın növbəti YAŞ toplantısında Dörd ulduzlu general vəzifəsinə yüksəlməsi gözlənilirdi.

Ölümü

4 mart 2021-ci ildə Bingöldən havaya qalxan Türkiyə Quru Qoşunlarına məxsus Eurocopter Cougar tipli helikopterin Bitlis Tatvan sərhədlərində qalxdıqdan təxminən 30 dəqiqə sonra qəzaya uğraması nəticəsində öldü. Helikopterdəki 11 hərbi qulluqçu öldü, ikisi isə yaralandı.

İstinadlar

Xarici keçidlər Cumhurbaşkanı Erdoğan’dan şehit Korgeneral Erbaş’ın oğluna taziye telefonu

Kateqoriya:Türkiyə Silahlı Qüvvələrinin general-leytenantları Kateqoriya:Türkiyədəki helikopter qəzalarında ölənlər