Abbas Əli Çətin və ya Abbasəli Çətin (, ) — Azərbaycan əsilli türk siyasətçi, dövlət xadimi, hüquqşünas, prokuror və hakim.

Həyatının erkən dövrü 1914-cü ildə İrəvan şəhərində doğulmuşdur. Atasının adı Əbdüləli, anasının adı isə Gözəl olmuşdur. Təhsilini Ankara Universitetinin Hüquq fakültəsində almışdır.

Birinci Dünya müharibəsinin gedişatında Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti nəticəsində ailəsinin Türkiyəyə (o dövrdə Osmanlı) köçməyə məcbur olduğu düşünülür.

Fəaliyyəti Türkiyə Respublikasında müxtəlif dövlət qurumlarında çalışmışdır. Bunlara misal olaraq Maliyyə Təhsil Müfəttişliyini, Ankara və Qars Məhkəmələri katibliyini, Ulduzeli, Kağızman hakimi köməkçiliyini, Kağızman sorğu hakimliyini, Ərzincan prokuroru köməkçiliyini, Diyarbəkir Ağız Cinayətlər Məhkəməsi üzvlüyünü, Yozqat sülh prokurorluuğunu göstərmək olar. O, həmçinin sərbəst vəkil, xəzinə vəkili, Türkiyə Respublikası Sosial Fond İdarə Məclis rəhbəri, Dövlət Dəmiryolları Müdirliyində hüquq müşaviri olaraq da işləmişdir.

CHP-dən IX çağırış və Ədalət Partiyasından XIII çağırış (10.10.1965–12.10.1969) Qarsdan TBMM üzvü olmuşdur. CHP-nin millət vəkili olarkən, partiyasından ayrılaraq bir müddət müstəqil qaldıqdan sonra, yeni qurulan Demokrat Partiyaya keçmişdir.

Ölümü 1975-ci ilin 26 avqustunda həyatını itirmişdir. Vəfat edərkən evli idi və 4 uşağı var idi.

İstinadlar

Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:TBMM XIII çağırış deputatları Kateqoriya:Qars deputatları Kateqoriya:Türkiyə hakimləri Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər