Qara Mustafa Şahin Paşa (ö. 1565) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.Watenpaugh, 1999, p. 121.Ze'evi, 2012, p. 40
Həyatı Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Sultan Süleyman Qanuni dönəminin ilk illərində saraya alındığı məlumdur. Əndərunda təlim-tərbiyə aldıqdan sonra 1544-cü ildə Ərzurum, 1548-ci ildə Diyarbəkir bəylərbəyi oldu. Ardından Şahzadə Bəyazidin lələsi təyin edildi və onunla birlikdə təyin olunduğu Konya, Kütahya və Amasya sancaqbəyliklərinə yollandı. Ancaq şahzadənin üsyan edərək Səfəvilərə sığınmasının ardından (1559) o da cəzalandırıldı və Qəzzə sancaqbəyliyi ilə mərkəzdən uzaqlaşdırıldı. Ancaq çox keçmədən günahsız olduğu aşkar oldu və 1560-cı ildə vəfat edən Sofu Əli Paşanın yerinə Misir bəylərbəyliyinə gətirildi. Ancaq 1563-cü ildə vəzifədən alındı və çox keçmədən 1565-ci ildə vəfat etdi.
Övladlarından Rizvan Paşa və Bəhram Paşa özü kimi müxtəlif əyalətlərdə fəaliyyət göstərmişdir.
Mənbə
Sicill-i Osmani IV, səh. 184
İstinadlar
Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı paşaları